Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasında media nümayəndələrinin fəaliyyətinə dəstək məqsədilə qanunvericilikdə mühüm maliyyə güzəşti nəzərdə tutulub.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Media haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə tələb olunan ödəniş rəsmən ləğv olunub.
Qeyd edək ki, bu qərara qədər rəsmi jurnalist vəsiqəsinin əldə edilməsi və ya yenilənməsi üçün 20 manat məbləğində ödəniş tələb olunurdu. Dövlət başçısının imzaladığı son düzəlişlərlə qanunvericiliyin 70.1-ci maddəsindən həmin rüsum müddəası tamamilə çıxarılıb. Bununla da media işçiləri üçün vəsiqələrin tamamilə ödənişsiz əsaslarla verilməsi təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 07 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















