Icma.az
close
up
RU
Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir Hacıbəy Heydərli

Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir Hacıbəy Heydərli

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Jurnalistlərin yazdıqları yazılara görə məhkəməyə verilməsi presedentinə son qoyulmalıdır. Çünki son illər Azərbaycanda media sahəsində çox ciddi islahatlar aparılıb. "Media haqqında” Qanun qəbul edilib, Media Reyestri yaradılıb və jurnalistlərin peşəkarlaşması istiqamətində tədbirlər həyata keçirilir. Belə olan təqdirdə heç bir xəbərdarlıq edilmədən jurnalistin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi həm onun fəaliyyətinə, eyni zamanda ölkədə hökm sürən söz və fikir azadlığına birbaşa təhdid rolunu oynaya bilər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. H.Heydərli bildirib ki, bu hal daha sonra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda media ilə bağlı duruma təsir edə bilər: "Belə olan halda təqdirdə məmurların jurnalistləri məhkəməyə verməsini onların, əslində, öz səhvlərini ört-basdır etməsi və bir növ jurnalistləri susdurmaq niyyəti güddüyünü nəzərə alsaq, bu ənənəyə son qoyulmalıdır. Jurnalisti bu yolla susdurmaq olmaz. Çünki "Media haqqında”  Azərbaycan Respublikasının Qanununda göstərilir ki, əgər jurnalist hansısa məlumatı səhv anlayıbsa, bu barədə media subyektinə əvvəlcə xəbərdarlıq edilməli, yazının silinməsi və ya düzəliş edilməsi ilə bağlı məlumat verilməlidir. Yox, əgər, heç bir xəbərdarlıq edilmədən jurnalist hansısa məmur tərəfindən məhkəməyə verilibsə, bu, birbaşa Azərbaycanda fikir və söz azadlığına təhdid kimi qiymətləndirilə bilər. Bu baxımdan, bütün məmurlara çağırış etmək istəyirəm ki, belə hallarla qarşılaşdıqda bununla bağlı müvafiq qanunun tələblərini əsas götürsünlər və bu kimi halların qarşısı alınsın”. 

H.Heydərli onu da qeyd edib ki, Mətbuat Şurasının tərkibində Şikayətlər Komissiyası fəaliyyət göstərir və bu kimi xüsuslarda şikayətçi tərəflər quruma müraciət edə bilərlər:"Bu komissiya şikayətləri obyektiv şəkildə araşdırır, həmçinin daha sonra bunu ictimailəşdirir. Əgər jurnalistin yazısında hər hansısa bir nöqsan varsa, bununla bağlı, təbii ki, qərar çıxarılır. Amma bütün bunlara baxmayaraq məhkəmə qaydası ilə jurnalist haqqında cinayət işinin açılmasını tələb etmək indiki dövrdə Azərbaycana yaraşmayan bir haldır. Dünyanın bir çox ölkəsində informasiya haqqında qanun qəbul edilib. Bu qanunun da məğzi ondan ibarətdir ki, jurnalist yazdığı yazıya görə məhkəməyə verilə bilməz. Bu qanun uzun illərdir Azərbaycanda müzakirə olunur, amma hələki qəbul olunmayıb. Belə olsa da, düşünürəm ki, məmurlar, dövlət qurumları bu məsələdə çox diqqətli olmalıdırlar. Azərbaycanda hökm sürən söz və fikir azadlığından sui-istifadə edərək jurnalisti susdurmaq mənfi hal kimi dəyərləndirilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see385

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see192

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see151

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see139

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri