Icma.az
close
up
RU
“Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir” Hacıbəy Heydərli Yeni Çağ Media

“Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir” Hacıbəy Heydərli Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Jurnalistlərin yazdıqları yazılara görə məhkəməyə verilməsi presedentinə son qoyulmalıdır. Çünki son illər Azərbaycanda media sahəsində çox ciddi islahatlar aparılıb. “Media haqqında” Qanun qəbul edilib, Media Reyestri yaradılıb və jurnalistlərin peşəkarlaşması istiqamətində tədbirlər həyata keçirilir. Belə olan təqdirdə heç bir xəbərdarlıq edilmədən jurnalistin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi həm onun fəaliyyətinə, eyni zamanda ölkədə hökm sürən söz və fikir azadlığına birbaşa təhdid rolunu oynaya bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

H.Heydərli bildirib ki, bu hal daha sonra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda media ilə bağlı duruma təsir edə bilər:

“Belə olan halda təqdirdə məmurların jurnalistləri məhkəməyə verməsini onların, əslində, öz səhvlərini ört-basdır etməsi və bir növ jurnalistləri susdurmaq niyyəti güddüyünü nəzərə alsaq, bu ənənəyə son qoyulmalıdır. Jurnalisti bu yolla susdurmaq olmaz. Çünki “Media haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, əgər jurnalist hansısa məlumatı səhv anlayıbsa, bu barədə media subyektinə əvvəlcə xəbərdarlıq edilməli, yazının silinməsi və ya düzəliş edilməsi ilə bağlı məlumat verilməlidir. Yox, əgər, heç bir xəbərdarlıq edilmədən jurnalist hansısa məmur tərəfindən məhkəməyə verilibsə, bu, birbaşa Azərbaycanda fikir və söz azadlığına təhdid kimi qiymətləndirilə bilər. Bu baxımdan, bütün məmurlara çağırış etmək istəyirəm ki, belə hallarla qarşılaşdıqda bununla bağlı müvafiq qanunun tələblərini əsas götürsünlər və bu kimi halların qarşısı alınsın”.

H.Heydərli onu da qeyd edib ki, Mətbuat Şurasının tərkibində Şikayətlər Komissiyası fəaliyyət göstərir və bu kimi xüsuslarda şikayətçi tərəflər quruma müraciət edə bilərlər:

“Bu komissiya şikayətləri obyektiv şəkildə araşdırır, həmçinin daha sonra bunu ictimailəşdirir. Əgər jurnalistin yazısında hər hansısa bir nöqsan varsa, bununla bağlı, təbii ki, qərar çıxarılır. Amma bütün bunlara baxmayaraq məhkəmə qaydası ilə jurnalist haqqında cinayət işinin açılmasını tələb etmək indiki dövrdə Azərbaycana yaraşmayan bir haldır. Dünyanın bir çox ölkəsində informasiya haqqında qanun qəbul edilib. Bu qanunun da məğzi ondan ibarətdir ki, jurnalist yazdığı yazıya görə məhkəməyə verilə bilməz. Bu qanun uzun illərdir Azərbaycanda müzakirə olunur, amma hələki qəbul olunmayıb. Belə olsa da, düşünürəm ki, məmurlar, dövlət qurumları bu məsələdə çox diqqətli olmalıdırlar. Azərbaycanda hökm sürən söz və fikir azadlığından sui-istifadə edərək jurnalisti susdurmaq mənfi hal kimi dəyərləndirilə bilər”.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 29 Noyabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri