Hacıbəy Heydərli: “Media Savadlılığı” Həftəsinin elan olunması mühüm addımdır” VİDEO Yeni Çağ Media
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Son illər Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi layihələr onu deməyə əsas verir ki, artıq mətbuatımız şəffaflaşmaya qədəm qoyub”.
Bunu Yenicag.az-a videomüsahibəsində media savadlılığı ilə bağlı fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
Onun sözlərinə görə, informasiya texnologiyaları, xüsusilə süni intellektin inkişaf etdiyi, saxta xəbərlərin artdığı bu dövrdə Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsinin elan olunması mühüm addımdır.
“Bu, həm jurnalistlər, həm də cəmiyyətimiz üçün əhəmiyyətlidir. Atılan addımların çoxşaxəli olub bir çox sahəni əhatə etməsini təqdirəlayiq addım kimi qiymətləndirmək olar. Son illər Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi layihələr onu deməyə əsas verir ki, artıq mətbuatımız şəffaflaşmaya qədəm qoyub”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 Dekabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















