Icma.az
close
up
RU
Jurnalistlərin düşmən kimi damğalanması... AJB dən BƏYANAT

Jurnalistlərin düşmən kimi damğalanması... AJB dən BƏYANAT

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Media azadlığına, jurnalistlərin peşə müstəqilliyinə yönələn hər bir cəhd azad sözün fundamental prinsiplərinə zərbə vurur"

Azərbaycan Jurnalistlər Birliyi (AJB) İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən AzTV-nin “düşmən media qurumu” kimi təqdim edilməsi ilə bağlı bəyanat verib.

AYNA.AZ-ın məlumatına görə, bəyanatda deyilir:

"AJB İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media qurumlarının, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin media qurumları ilə peşə əlaqələri quran şəxslərin hüquqi məsuliyyətlə hədələnməsinə dair yayılmış məlumatı ciddi narahatlıqla qarşılayır və qətiyyətlə pisləyir. Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, media qurumlarının siyasi mülahizələrlə “düşmən” kimi damğalanması və beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması söz və ifadə azadlığına, habelə müstəqil jurnalistikanın fundamental prinsiplərinə ziddir. Bu cür yanaşma Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ümumi Bəyannaməsinin 19-cu maddəsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə təmin olunan fikir və ifadə azadlığı hüququnun mahiyyəti ilə uzlaşmır. Eyni zamanda, Beynəlxalq Jurnalistlər Federasiyasının (International Federation of Journalists – IFJ) 2019-cu ildə qəbul etdiyi “Global Charter of Ethics for Journalists” (Jurnalistlər üçün Qlobal Etik Xartiya) jurnalistlərin peşə fəaliyyətinin siyasi təzyiq və hədələrdən kənar həyata keçirilməsini beynəlxalq peşə etikasının əsas prinsiplərindən biri kimi təsbit edir".

"Belə addımlar təkcə jurnalistlərin peşə fəaliyyətinə deyil, həm də cəmiyyətin sərbəst informasiya almaq hüququna mənfi təsir göstərir, media sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühitinə xələl gətirir", deyə qeyd edilib.

Bəyanatda vurğulanıb: "Azərbaycan Jurnalistlər Birliyi hesab edir ki, media sahəsində yaranan fikir ayrılıqları yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri, peşə etikası və qarşılıqlı hörmət əsasında həll olunmalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, onların beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması və media qurumlarının siyasi qarşıdurmaların alətinə çevrilməsi beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşmayan yanaşmadır.
Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan mediasına və jurnalistlərinə qarşı yönələn hər hansı təhdidi, əsassız ittihamı və ayrı-seçkilik cəhdini qətiyyətlə rədd edir. Azərbaycan jurnalistlərinin peşə fəaliyyətinə kənardan müdaxilə edilməsini və onların peşə borclarını yerinə yetirmələrinə maneə yaradılmasını jurnalist peşəsinin universal dəyərlərinə və beynəlxalq peşə etikasına zidd hesab edir. Azərbaycan Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasını (International Federation of Journalists – IFJ), Avropa Jurnalistlər Federasiyasını (European Federation of Journalists – EFJ), Beynəlxalq Mətbuat İnstitutunu (International Press Institute – IPI) və media azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən digər beynəlxalq peşə təşkilatlarını baş vermiş hadisəyə prinsipial münasibət bildirməyə, jurnalistlərin peşə hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həmrəylik nümayiş etdirməyə çağırır".

"Azərbaycan Jurnalistlər Birliyi bir daha bəyan edir ki, media azadlığına, jurnalistlərin peşə müstəqilliyinə və sərbəst informasiya dövriyyəsinə qarşı yönələn hər bir cəhd azad sözün fundamental prinsiplərinə zərbə vurur. Birlik Azərbaycan Respublikasında media azadlığının, jurnalistlərin qanuni peşə fəaliyyətinin və ölkənin informasiya məkanının qanuni maraqlarının müdafiəsi istiqamətində bundan sonra da prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 İyul 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri