Icma.az
close
up
RU
Kadi Borges: İmişli ilə oyun Çelsi matçına hazırlıq idi

Kadi Borges: İmişli ilə oyun Çelsi matçına hazırlıq idi

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın futbolçusu Kadi Borges Misli Premyer Liqasının X turunda "İmişli"ni məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir…
- Oyun haqqında fikrin necədir?
- Çətin qarşılaşma oldu. Beşli müdafiə və qarşılarında da üç oyunçu ilə oynayırdı rəqib. Bu tip komandalara qarşı mübarizə aparmaq həmişə çətindir. Səbirlə oynadıq. Bir çox qol imkanları yaratdıq. Qol imkanlarımızı qaçırsaq da, Allaha şükr bəzilərini vurduq. Bu tip oyunlarda belə çətinliklərlə üzləşdikdə, çıxış yolu axtarmaq, qol vurmaq və qələbə qazanmaq çox vacibdir.
- "Çelsi" ilə oyundan öncə "İmişli" ilə qarşılaşmaq sizə necə təsir etdi?
- Mənə elə gəlir ki, bütün oyunlara eyni formada hazırlaşmaq lazımdır. Mən peşəkar idmançı kimi belə görürəm. Heç bir oyunlara fərq qoymuram, "İmişli" ilə oyun olsun, ya "Çelsi" ilə görüş olsun. "İmişli" ilə matç başa çatdı, artıq növbəti vacib görüş "Çelsi"yə qarşıdır.
- "Atletik"ə səfərdə uduzdunuz. Yəqin ki, səhvlərinizdən nəticə çıxarmısız. Bütün bunları nəzərə alsaq, "Çelsi" ilə doğma divarlar arasında uğurlu nəticə qazanacağınıza inanırsan?
- Təbii ki, təcrübə öz yerində, evdə oynadığımız üçün də azarkeşlərimizin də dəstəyi olacaq. Amma heç vaxt azarkeş sənin üçün meydana çıxıb qaçmır. Meydanda 11 nəfər 11 nəfərə qarşı oynayacaq. Biz bilirik ki, qələbə və ya müsbət nəticə üçün meydanda qaçmalıyıq, mübarizə aparmalıyıq, meydanda hər şeyimizi qoymalıyıq. Dediyim kimi, azarkeşlərin dəstəyi öz yerində, amma biz də nəsə əldə etmək üçün mübarizə aparmalıyıq.
- "İmişli" ilə oyundan sonra "Çelsi" ilə matça hazırlaşmaq üçün 5 gününüz qalacaq. Zaman sizin üçün yetərlidir?
- Biz hər rəqibə qarşı eyni formada, eyni sistemlə, eyni fəlsəfə ilə oynayırıq. Ona görə də, məşqçinin sırf "Çelsi" ilə oyuna görə nəyisə dəyişməsi, hansısa ciddi dəyişikliyə əl atması gözlənilən deyil. Biz hər rəqibə qarşı eyni oynayırıq deyə, "İmişli" ilə oyun da "Çelsi" matçına hazırlıq idi.
- "İmişli" ilə görüşdə cəmi 2 qolla qalib gəldiz, hətta bir neçə epizodda qol şansı da verdiz. ÇL-də oynayan komanda Premyer Liqanın debütantına qarşı niyə belə çətinlik çəkdi?
- Bunun heç bir əlaqəsi yoxdur. "İmişli" Premyer Liqaya bu il çıxıb deyənə, hər kəs onlara hardan gəldi, necə gəldi qol vurasıdır? Axı "İmişli" yaxşı komandadır, daim birəbir mübarizə gedirdi, beşli müdafiə ilə oynayırdılar. ASan deyil. Bu il çıxıblar deyə, gələn-gedən "İmişli"yə 5 qol vurmalı deyilki. "İmişli" pis komanda deyil, çox qapalı oynayırdılar. Çətinliklə də olsa, müdafiəni yardıq və iki qol vurduq.
- Qurban Qurbanovun futbolçuları cəzalandırdığı deyilir. Bu məsələyə necə şərh verəcəksən?
- Bu sualları ona versəniz yaxşıdır (gülür).
- Cəza yoxdur, ya necə?
- Deyə bilmərəm (gülür).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://sport24.az
archiveBu xəbər 02 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri