Icma.az
close
up
RU
Kadini Qarabağ a qayıtmağa məcbur ediblər?

Kadini Qarabağ a qayıtmağa məcbur ediblər?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın yeni transferi Kadi Borgesin Ağdam klubuna keçidi ilə bağlı şok detallar üzə çıxıb.

Axar.az Publika.az-a xəbər verir ki, braziliyalı futbolçu Macarıstan mətbuatına açıqlamasında transferin gözlənilmədən və xəbəri olmadan reallaşdığını bildirib.

O, Azərbaycan təmsilçisinə keçəcəyini klublar razılaşdıqdan sonra öyrəndiyini deyib:

“Mənim üçün də sürpriz oldu. Evdə növbəti oyunumuza hazırlaşırdım ki, idman direktorumuz Tamaş Haynal mənə zəng etdi və dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, əgər klub və mənim üçün yaxşı olacaqsa, bəli. Əvvəlcə onun mənimlə danışıqlara başlayacağını düşündüm. Amma sonra anladım ki, iş artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, bunu izah edəcək bir şey tapmağa çalışdıq. Səbəbləri hələ də anlamırıq. Bu, klubun qərarıdır. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” pul istəmədiyi üçün mənim üçün mübadilə təklif etdilər.

Düşünürəm ki, komanda yoldaşlarımla mən artıq bir-birimizi çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm, əlimdən gələni etmişəm, hər zaman hamıya hörmət etmişəm və əlimdən gələni etməyə çalışmışam.

Ayrılmağı heç vaxt istəməmişəm. Xüsusilə yayda gəldiyim, uzunmüddətli müqavilə imzaladığım və ayrılmaq üçün heç bir səbəb olmadığı üçün heç vaxt bunu xahiş etməmişəm. Bu danışıqlar klublar arasında olub, onların qərarı olub. Klubdan getməyimlə bağlı heç nə demədilər. Düşünürəm ki, daha məni klubda istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar. Yeni baş məşqçi Robbi Kinin də bundan xəbəri olub-olmadığını bilmirəm".

Kadi Macarıstan klubunda oldu]u 7 ayda yaxşı çıxış etdiyini bildirib:

"Özümlə gözəl xatirələr aparıram. Arxa qapıdan yox, başımı dik tutub gedirəm. Çünki özümü yaxşı hiss edirdim, yaxşı oynamışam, statistikalar yalan demir. İstər liqada, istərsə də beynəlxalq arenada hər matçda əlimdən gələni etdim. Biz yaxşı nəticələr əldə etdik, ona görə də mən bu 7 aydan razıyam. Amma o da ola bilər ki, mən bunu səhv görürəm və futboldan o qədər də xəbərim yoxdur... Əgər onlar mənim etdiklərimin yaxşı olmadığını düşünürlərsə, o zaman bu qərar hər iki tərəf üçün daha yaxşıdır".

Braziliyalı futbolçu "Qarabağ"a qayıdışı ilə bağlı bu sözləri deyib:

"Mənə hörmət etdikləri, qiymətləndirdikləri, inandıqları, tək mənə yox, bütün futbolçulara inandıqları üçün, ürəyim rahat və sakitdir. Yenidən burada olmaqdan çox şadam. İndi diqqətimi məşqlərə cəmləmək vaxtıdır ki, mən mümkün qədər tez meydançaya qayıda bilim. Komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək etmək istəyirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri