Kadirin yanında olan yeganə qohumu o idi
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli mərhum aktyor Kadir İnanırın həyat yoldaşı Jülide Kural sənətçinin Ordu vilayətinin Fatsa rayonunda yerləşən ata-baba torpaqlarını onun qardaşı qızı Gül Bakıra verməyi təklif etdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, Jülide "Gel konuşalım" proqramında mövzu ilə bağlı danışaraq bildirib ki, Kadir İnanırın xəstəlik dövründə yanında olan və ona qayğı göstərən yeganə qohumu Gül Bakır olub:
"O, heç nə tələb etmədi. Mən də miras qalan torpaqları ona təklif etdim. Dedim ki, dayına çox zəhmətin dəyib, bu torpaqlar sənin haqqındır".
Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















