Kadırov hara “yoxa çıxıb”? Onun vəzifəsi bu şəxsə həvalə olundu
Icma.az bildirir, Modern.az portalına istinadən.
Çeçenistan lideri Ramzan Kadırovun Yeni il bayramından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi ilə bağlı internetdə yayılan məlumat “bədxahların” və “təxribatçıların” uydurmasıdır.
Modern.az bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev növbəti açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çeçenistan artıq bu cür “iynələrə” öyrəşib.
Dudayev bildirib ki, ilin əvvəlindən Kadırov “bütün məsələləri şəxsi nəzarətində saxlamaqla fəal şəkildə fəaliyyətini davam etdirir.
Eyni zamanda Dudayev Çeçenistan rəhbərinin yanvarın 13-dən rəsmən məzuniyyətə getdiyini açıqlayıb.
Dudayevin sözlərinə görə, müvafiq sərəncam onun saytında dərc olunub. Kadırov bu dövrdə respublikanın rəhbəri vəzifəsini Çeçenistan hökumətinin sədri Maqomed Daudova həvalə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















