Icma.az
close
up
RU
Kadırova nə olub? Oğlu istefa verdi

Kadırova nə olub? Oğlu istefa verdi

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırovun Türkiyənin Bodrum bölgəsində dənizdə boğulma təhlükəsi ilə üzləşdiyi haqda xəbərlərə hələ də aydınlıq gətirilməyib.

Hurriyyet.az yada salır ki, GZT nəşri hadisənin istirahət zamanı baş verdiyini iddia edib. İddiaya görə, Kadırov suya girdikdən sonra qəfil səhhətində problem yaranıb və boğulmaq təhlükəsi ilə qarşılaşıb.

Oteldəki personalın operativ müdaxiləsi nəticəsində Kadırov sudan çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin sabit olduğu bildirilib. Xəstəxanada bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra Kadırov evə buraxılıb.

Yerli media hadisə yerindən heç bir fotoşəkil və ya hər hansı rəsmi şərh təqdim etməyib. 

Kadırov və ya onun nümayəndələri onun xilas edilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verməyiblər. Çeçenistan rəhbərinin iyulun 24-də Telegram kanalında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik etdiyi, Ukrayna müharibəsi zonasına könüllülərin göndərilməsi, həmçinin Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin “Bati” qrupunun döyüşçülərinin gündəlik həyatı haqqında danışdığı yazıları görə bilərsiniz. 

Yerli medianın qeyd etdiyi tarixlərdə Kadırovun həqiqətən də Türkiyədə tətildə olub-olmadığı məlum deyil. Lakin qızı Ayşət iyulun 25-nə keçən gecə dənizdən çəkilmiş görüntüləri sosial şəbəkələrdə yerləşdirib. Ayşət Kadırova görüntülərin harada və nə vaxt çəkildiyini dəqiqləşdirməyib.

Baza Telegram kanalı diqqəti Kadırova ilk kömək edənlərin sahil mühafizəsinin əməkdaşları olmasına çəkir. Telekanalın məlumatına görə, Çeçenistan rəhbərini özünün çoxsaylı mühafizəçiləri müşayiət edir. Kanal həmçinin vurğulayır ki, Kadırovun "batması" ilə bağlı xəbərlər bir çox türk mediası tərəfindən yayılıb, lakin onların hamısı başqa mənbələr olmadan ancaq populyar olmayan GZT-yə istinad edib.

Kadırovlarla bağlı daha bir xəbər onun oğlu ilə bağlıdır. Məlum olub ki, bu xəbərlərdən bir gün əvvəl Kadırovun böyük oğlu, 19 yaşlı Axmat "Axmat" futbol klubunun prezidenti postunu tərk edib. Onun yerini 2017-ci ildən klubun vitse-prezidenti vəzifəsini icra edən 32 yaşlı Yakub Zakriyev tutub. Komandanın mətbuat xidməti yeni rəhbərin klubun uğurlu inkişafını davam etdirəcəyinə əminliyini bildirib.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 İyul 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see254

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see210

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see196

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see191

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see185

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see184

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see184

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see183

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see178

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see163

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see151

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see149

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see146

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri