Icma.az
close
up
RU
Kadırovların yaşadığı olayların pərdəarxası Kremlin planı üzə çıxdı

Kadırovların yaşadığı olayların pərdəarxası Kremlin planı üzə çıxdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər Kadırovlar ailəsi ətrafında dolaşan xəbərlər Çeçenistanda siyasi vəziyyətlə bağlı müzakirələri artırıb. Ata Kadırovun səhhətinin pisləşməsi, ardınca oğul Kadırovun avtoqəza keçirməsi barədə yayılan məlumatlar Moskva-Qroznı münasibətlərində gərginlik ehtimallarını gündəmə gətirib. Bu hadisələrin təsadüf olub-olmadığı və Kremlin Kadırovlara münasibətdə yeni mərhələnin başlayıb-başlamadığı müzakirə olunur.

Moskva Kadırovları sıradan çıxarır? Onlar ətrafında yayılan xəbərlər təsadüfdürmü və bunlar bir-birinə bağlı prosesdirmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Kadırovlar ətrafında baş verən proseslər təsadüfi xarakter daşımır:

“Müşahidələr göstərir ki, müəyyən bir siyasi mərhələ artıq başa çatmaq üzrədir. Ata Kadırovdan, hətta daha əvvəlki nəsillərdən başlayan və İkinci Çeçenistan müharibəsindən sonra formalaşan siyasi dövr tədricən sona yaxınlaşır. Bu prosesdə Ukrayna-Rusiya müharibəsinin də dolayı təsirləri mövcuddur. Burada iki əsas amil ön plana çıxır. Birincisi, gözlənildiyi kimi nəticələnməyən “xüsusi hərbi əməliyyatlar”dır. Müharibədən sonra Rusiya daxilində məsul şəxslərin müəyyənləşdirilməsi və ictimai rəyin yönləndirilməsi məqsədilə günahkar axtarışlarının aparılması qaçılmaz görünür. İkincisi isə Rusiyada qanunvericiliyin ciddi şəkildə sərtləşdirilməsi və federativ subyektlərin faktiki müstəqilliklərinin məhdudlaşdırılmasına yönəlmiş addımlardır. Görünən odur ki, postmünaqişə dövründə mərkəzdənqaçma meyilləri və separatizmə qarşı sərt tədbirlər əsas tendensiyaya çevriləcək”.

Əziz Əlibəyli

Ekspert bildirib ki, Ramzan Kadırovun səhhəti ilə bağlı məsələnin gündəmə gətirilməsi və bunun açıq informasiya müstəvisində geniş müzakirə olunması da diqqət çəkir:

“Bu məlumatların gizli saxlanılması mümkün olduğu halda, onların mediaya çıxarılması ictimai rəy vasitəsilə Ramzan Kadırovun etibarsızlaşdırılması prosesinin başlandığını göstərir. Sonrakı mərhələdə oğlu Adam Kadırovun qəzaya düşməsi ətrafında yaranan informasiya panikası və media kampaniyası da bu yanaşmanı gücləndirir. Hüquqi baxımdan 18 yaşlı Kadırovun Çeçenistana rəhbərlik etməsi mümkün deyil. Eyni zamanda Ramzan Kadırovun səhhətinin ağır olduğu iddiaları fonunda onun rəhbərliyinin də faktiki olaraq müvəqqəti xarakter daşıdığı qənaəti formalaşır. Bu isə Rusiya siyasi elitasının Kadırov klanını mərhələli şəkildə kənarlaşdırması ehtimalını artırır.

Görünən odur ki, Moskva artıq Kadırovla əvvəlki formatda işləməkdə maraqlı deyil və ona verilmiş geniş səlahiyyətlərin saxlanmasını məqsədəuyğun hesab etmir. Yeni bir Kadırov fiquruna ehtiyacın olmadığı şəraitdə, sadalanan amillər fonunda bu proseslərin məqsədli şəkildə başladıldığı qənaətinə gəlmək mümkündür”.

Qeyd edək ki, yanvarın 16-da Teleqram kanalları Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü barədə məlumat yaymışdı. İddialara görə, o, xəstəxanaya yerləşdirilib və daha sonra Moskvaya aparılıb. 

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri