Kremlin “B planı” üzə çıxdı: NATO ya hücum, yoxsa nüvə zərbəsi?
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərb kəşfiyyatının məlumatlarına görə, Ukraynada müharibənin uzanması və Rusiyanın üzləşdiyi iqtisadi-hərbi problemlər Kreml üçün vəziyyəti getdikcə çətinləşdirir.
Moderator.az “The Telegraph”a istinadla xəbər verir ki, britaniyalı hərbi ekspert Hamiş de Bretton-Qordon Moskvanın Qərbin Ukraynaya dəstəyini dayandırması üçün daha təhlükəli addımlara əl ata biləcəyini iddia edir. Onun sözlərinə görə, mümkün ssenarilər arasında NATO ölkəsinə hərbi hücum, hətta Ukraynada taktiki nüvə silahından istifadə ehtimalı da var.
Ekspertin fikrincə, Rusiya ordusu uzunmüddətli müharibə, canlı qüvvə və texnika itkiləri, eləcə də artan maliyyə yükü ilə üzləşib. Eyni zamanda, Ukraynanın dron texnologiyalarında ciddi irəliləyiş əldə etdiyi bildirilir.
Rusiyada yanacaq çatışmazlığı, infrastruktur problemləri və iqtisadi çətinliklərin də artdığı qeyd olunur. Könüllülərin sayının azalması isə Kremlin yeni səfərbərlik ehtimalını gündəmdə saxlayır.
Məqalədə vurğulanır ki, xüsusilə Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərin sakinlərini əhatə edəcək genişmiqyaslı səfərbərlik Rusiyada ciddi ictimai narazılıq yarada bilər.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, NATO ölkəsinə hücum və ya nüvə silahından istifadə Rusiyanın problemlərini həll etmək əvəzinə, Moskvanı daha dərin böhrana sürükləyə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















