Icma.az
close
up
RU
Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı FOTO

Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırovun toy mərasimi keçirilib.Adam Kadırov Məhərrəm ayında çeçen senatoru Süleyman Geremeyevin qızı ilə islami nikah bağlayıb. Mərasimə Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də dəvət alıb.

Milli.Az xəbər verir ki, "Novaya qazeta Avropa"nın mənbələrinə görə, Adam Kadırovun rəsmi toy mərasiminə hazırlıq bir neçə ay əvvəl başlayıb.  Mənbənin sözlərinə görə, buna səbəb Çeçenistan liderinin üçüncü oğlu üçün Vladimir Putinlə görüş təşkil etmək istəyi olub.  Putin Moskvada Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Adam Kadırovla görüşüb. Bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.

Görüş qeyri-rəsmi formatda keçirilsə də, dövlət mediası onu işıqlandırıb. Putin Adam Kadırovu qarşıdan gələn toyu münasibəti ilə şəxsən təbrik edib. Dudayev görüşü "Putinin Kadırovlar ailəsinə xüsusi dərin hörmətinin parlaq təsdiqi" adlandırıb.

Adam Kadırovun oğlunun toyu zamanı onun biləyində 320 brilyant qaşla bəzədilmiş "Jacob & Co." saatı görünüb. Ekspertlərin fikrincə,  saatın qiyməti 27,7 milyon dollardır. Bu, dünyanın ən bahalı qol saatlarından biridir.

Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Respublika başçısının Təhlükəsizlik Departamentinin rəhbəri vəzifələrində çalışır, eyni zamanda Çeçenistan Daxili İşlər Nazirliyinin kuratorudur. 2023-cü ildə o zaman 15 yaşlı Adam Kadırov Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli istintaq təcridxanasında döyüb. Ramzan Kadırov oğlunu tərifləyib və polis onun yaşını əsas gətirərək ona cinayət işi açmayıb.

Çeçenistanda Adam Kadırovu tez-tez atasının ehtimal olunan varisi adlandırırlar. 2025-ci ilin əvvəlindən Adam getdikcə daha çox nüfuzlu postlar alır və onun portretləri məmurların ofislərində peyda olur.  

Xatırladaq ki, Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə toyları ərəfəsində Kremldə Putin tərəfindən qəbul edilib. Kadırovun oğullarının evlənməsi ilə bağlı bu cür tələskənlik Çeçenistan rəhbərinin səhhəti ilə izah olunur.

Son olaraq Çeçenistanın siyasi dairələrində respublika rəhbəri Ramzan Kadırovun uzunmüddətli müalicə üçün xaricə getməsi ehtimalı ilə bağlı iddialar yayılıb. Kadırov artıq Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırıb. İlkin məlumata görə, o, Fars körfəzi ölkələrinin - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və ya Bəhreynin elit klinikalarından birində müalicə almağı planlaşdırır. Konkret yerin adı hələ açıqlanmayıb, lakin mənbələrə görə, Kadırovun bu seçimi bu regionda uzunmüddətli biznes əlaqələri ilə bağlıdır.

Bildirilir ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirlər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" deyə, Çeçenistan administrasiyaya yaxın mənbə qeyd edir. Kadırovun səhhətindəki problemlər barədə iddialar yeni deyil, amma rəsmilər tərəfindən indiyədək də təsdiqlənməyib.

Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər hələ də spekulyasiya mövzusu olaraq qalır. Bildirilir ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl "Novaya qazeta" Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib. (Musavat.com)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri