Kadırovun vəziyyəti pisləşir: Kreml Çeçenistanla bağlı kritik addım atacaq
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çeçenistanda mümkün hakimiyyət mübarizəsi ilə bağlı iddialar gündəmə gəlib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb. Nəşr yazır ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər var.
Qəzetin məlumatına görə, Kadırov kəskin mədəaltı vəzi nekrozu və böyrək çatışmazlığından əziyyət çəkir, bu səbəbdən dializ müalicəsi alır və son dövrlər ictimaiyyət qarşısına çox nadir hallarda çıxır. Nəşr qeyd edir ki, onun uzun müddətdir aktiv siyasi fəaliyyətdən kənarda qalması respublikada gələcək hakimiyyət məsələsini aktuallaşdırıb.
“The Times” vurğulayır ki, Moskva Çeçenistanda nəzarəti itirməmək üçün prosesi diqqətlə izləyir və mümkün varislik ssenariləri Kremlin ciddi nəzarəti altındadır.
Məlumata görə, Kadırovun səhhətinin daha da pisləşməsi halında respublikada daxili siyasi balansın pozulması və hakimiyyət uğrunda mübarizə riski istisna edilmir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















