Icma.az
close
up
RU
Kadrda yox idi, amma təsirləndin Görünməyən mesajların sirri

Kadrda yox idi, amma təsirləndin Görünməyən mesajların sirri

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan gözü saniyədə 24 kadra qədər görüntünü ayırd edə bilir. Kinoda göstərilən hərəkətlilik də məhz bu prinsipə əsaslanır. Bəs onda “25-ci kadr” nədir? Əgər gözümüz 24-ü görürsə, 25-ci kadr bəs kimin üçündür?

Konspiraloji nəzəriyyəyə görə, 25-ci kadr bizim şüuraltımıza xidmət edir. Yəni gözümüz görmür, amma beynimiz “görür”. Ölkə.Az bildirir ki, bu, bir mesajın saniyənin mində biri qədər sürətli şəkildə, filmə və ya videoya gizli şəkildə yerləşdirilməsi deməkdir. Məsələn, siz kinoya baxırsınız, amma o anda, siz fərqinə varmadan, ekranın bir anında “Coca-Cola iç” yazısı keçir. Göz görmür, amma şüuraltı onu tutur. Və qəflətən susayırsınız...

İddialara görə, bu metod ilk dəfə 1957-ci ildə ABŞ-də sınaqdan keçirilib. Ceyms Vikari adlı marketinq mütəxəssisi kinoteatrda izləyicilərə “Coca-Cola iç”, “Popkorn al” kimi mesajlar yerləşdirib və satışların artdığını söyləyib. O qədər səs-küy yarandı ki, bu məsələ psixoloji manipulyasiya və kütləvi idarəetmə aləti kimi müzakirəyə çıxarıldı. Təsəvvür edin, bir insan heç fərqinə varmadan qərar verir. Və bu, öz seçimi deyil!

Lakin illər sonra Vikari bu təcrübənin uydurma olduğunu açıqladı. Amma iş-işdən keçmişdi. Artıq dünya 25-ci kadrın varlığına inanmağa başlamışdı.

SSRİ-də “şüuraltı təxribat” qorxusu

Sovet İttifaqında bu mövzu milli təhlükəsizlik məsələsi kimi qəbul olundu. Filmlərin sonunda “25-ci kadr yoxlanılıb” qeydləri gedirdi. Bəzi məlumatlara görə, SSRİ-də bu metoddan əhali üzərində yox, əsgərlər və məhbuslar üzərində təcrübələr aparılıb. Əsgərlərə “möhkəm ol”, “itaət et”, “vətən uğrunda yaşa” kimi mesajlar verilib. Rəsmi təsdiq yoxdur, amma bu iddialar uzun illər elmi-fantastik janrlı yazıların və müzakirələrin mərkəzində olub.

Bəs indi necə?

Bugünkü dünyada 25-ci kadr texnologiyası daha incə və ağıllı alqoritmlərlə əvəzlənib. Sosial mediada, reklamlarda, hətta bəzi serial səhnələrində belə rəng, musiqi, söz seçimi ilə insanın qərarlarına təsir edilir. Bu, artıq “25-ci kadr” deyil, 25-ci hiss, 25-ci fikir formasıdır.

Siz bəlkə də indi oxuyarkən belə beyninizə hansısa fikir toxumu səpilir.

İnsanın qorxusu: Görmədiyinə necə inanırıq?

“Göz gördüyünə inanmalıdır” deyirlər. Amma 25-ci kadr fenomeni sübut edir ki, insan bəzən görmədiyinə daha tez inanır. Çünki bizi ən çox təsirə salan şeylər şüuraltımıza toxunanlardır. Ona görə də bu gün internetdə, televiziyada, hətta musiqidə görünməyən mesajlara qarşı ayıq olmaq vacib element sayılır.

25-ci kadr — sadəcə bir mif, yoxsa görünməz manipulyasiya texnologiyası? Bu sualın dəqiq cavabı yoxdur. Amma bir həqiqət var: insan şüuru həm açıq, həm də qapalı qapılarla idarə oluna bilər. Hansını açacağımız isə öz əlimizdədir.

Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri