Icma.az
close
up
RU
KAFKASSAM ın rəhbəri Həsən Oktay niyə rəqs edir...

KAFKASSAM ın rəhbəri Həsən Oktay niyə rəqs edir...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərə dair müxtəlif iddialar səsləndirən şəxslərin fəallaşması diqqət çəkir. Xüsusilə Ermənistan məsələsi ətrafında Bakı ilə Ankara arasında diplomatik böhranın yaşandığı, hətta Azərbaycan səfirinin geri çağırıla biləcəyi barədə səsləndirilən fikirlər reallıqdan uzaq təsir bağışlayır. Bu cür iddialar Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini bilməyənlərin və ya bilərəkdən kölgə salmaq istəyənlərin yanaşmasını ifadə edir.

İndidə KAFKASSAM-ın rəhbəri Həsən Oktay ortaya çıxıb. Adam bilməmiş deyil ki, Azərbaycan və Türkiyə münasibətləri hansısa şəxsin şərhləri üzərində qurulmayıb. Bu münasibətlər əsrlərin sınağından çıxmış tarixi bağlara söykənir. İki xalqı birləşdirən siyasi maraqlarla yanaşı ortaq tarix, ortaq mədəniyyət, ortaq dil və ən əsası insanların bir-birinə olan sevgisi təşkil edir.

Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Şuşa Bəyannaməsi bu münasibətləri daha da möhkəmləndirib. İki dövlət regional və qlobal məsələlərdə daim bir-birinin yanındadır.

Belə münasibətə Həsən Oktay kimi ayrı-ayrı şəxslərin bəyanatları ilə toxunmaq belə mümkün deyil. Tarix göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyənlər həmişə olub. Qatı islamçılar bunu bacarmadılar. Müxtəlif dairələr də məqsədlərinə çata bilmədilər. İndi isə ortaya yeni “ekspert” çıxıb.

Ortada tək rəqs edən nimdaş rəqqasəyə bənzəyən bu şəxs diqqət mərkəzində qalmaq üçün müxtəlif sensasion iddialar səsləndirir. Onun söylədikləri nə dövlətlərin rəsmi mövqeyi ilə üst-üstə düşür, nə də gerçək siyasi mənzərəni əks etdirir. Sadəcə, özünü gündəmdə saxlamaq cəhdidir.

Türk dünyasının inteqrasiyasından narahat olan qüvvələrin müxtəlif dövrlərdə fəallaşması yeni hadisə deyil. Bu qüvvələr bəzən xaricdə, bəzən də Türkiyənin daxilində müəyyən çevrələr vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar. Məqsəd türk dövlətləri arasında əməkdaşlığa mane olmaqdır. Ancaq indiyədək bu cəhdlərin heç biri nəticə verməyib.

Azərbaycan və Türkiyə liderləri arasında mövcud olan qarşılıqlı etimad münasibətlərin əsas dayaqlarından biridir. Dövlət başçıları dəfələrlə vurğulayıblar ki, iki ölkənin maraqları üst-üstə düşür. Hər iki tərəf regional sabitliyin təmin edilməsində ortaq mövqe nümayiş etdirir.

Bu gün Ankara ilə Bakı arasında münasibətlərə enerji layihələri, nəqliyyat dəhlizləri, müdafiə sənayesi sahəsində əməkdaşlıqları da əlavə etsək, aranı pozmaq istəyənlər çox çılız görünürlər.

Belə bir şəraitdə bəzi şəxslərin diplomatik böhran ssenariləri yazması heç bir halda ciddi qəbul edilə bilməz. Binəvalar bilmirlər ki, dövlətlərarası münasibətlər şəxsi emosiyalarla idarə olunmur, burada, milli maraqlar və strateji hədəflərlə prioritetdir.

Görünən odur ki, tarixi qardaşlığı zəiflətmək istəyən ünsürlər zaman-zaman meydana çıxacaqlar. Amma onların əlacsız səyləri nəticəsiz qalacaq. Çünki bu münasibətlərin təməlində xalqların bir-birinə olan sevgisi dayanır. Bu sevgi siyasi konjonkturalardan qat-qat güclüdür.

Cılız düşüncəli şəxslər Azərbaycan-Türkiyə münasibətlərinə təsir etmək gücündə deyillər. Onlar sadəcə öz mövqelərini və düşmənçiliklərini nümayiş etdirirlər. Tarixi qardaşlığı isə nə əsassız iddialarla, nə də süni böhran ssenariləri ilə sarsıtmaq mümkündür.

Azərbaycan və Türkiyə bundan sonra da bölgədə sülh, sabitlik və türk dünyasının birliyinin əsas təminatçılarından biri olaraq qalacaq. “Bir millət, iki dövlət” fəlsəfəsiçoxdan real siyasi və strateji gerçəklikdir.

Sevinc MƏHƏRRƏMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri