Icma.az
close
up
RU
“Türkiyədə hakimiyyət və müxalifət arasındakı rəqabət demokratik problemlər yaradır” HƏSƏN OKTAY

“Türkiyədə hakimiyyət və müxalifət arasındakı rəqabət demokratik problemlər yaradır” HƏSƏN OKTAY

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Son illərdə Türkiyədə insan haqlarının pozulması, jurnalistlərin və siyasi fəalların həbs olunması Avropa Şurası Parlament Assambleyasının sanksiya tətbiq ehtimalını gündəmə gətirib.

Mənbələr bildirir ki, Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə demokratik öhdəliklərini yerinə yetirməyib.

Payız sessiyasında Türkiyədə insan haqları vəziyyəti müzakirə olunacaq, ilkin mərhələdə isə Türkiyə deputatlarının səsvermə hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsinə şikayət sayına görə Türkiyə birinci yerdədir və qərarların icrası məsələsində də tənqid olunur.

Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Türkiyəli politoloq Həsən Oqtay mövzunu belə şərh edib:

“Son zamanlar dünyanın bir çox yerində demokratiya ilə bağlı çətinliklər müşahidə olunur. Türkiyədəki təcrübələr isə bəzi tənqidləri ortaya çıxarıb. Xüsusilə, hökumətin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun prezidentliyə çıxmasına mane olmaq üçün qanuni hüquqlarını məhdudlaşdırdığı iddiaları ölkədə geniş müzakirə olunur.

Bundan əlavə, çoxlu sayda jurnalist həbs edilir və onların peşəsi, xüsusən də terror təşkilatları ilə əlaqədə olduqları iddiası ilə ikinci dərəcəli vəzifəyə endirilir. Avropa Parlamenti və Avropa İnsan Haqları Məhkəməsi bu məsələləri yaxından izləyir”.

Politoloq vurğulayıb ki, hakimiyyət və müxalifət arasındakı rəqabətdən qaynaqlanan qanun pozuntuları Türkiyə Cümhuriyyətinin üzərindən asılmış qara bulud təsiri bağışlayır:

“Bu hallar, hakimiyyət və müxalifətin üstünlük əldə etmək üçün yaratdığı siyasi diskursun əksidir. Türkiyədə demokratiya, insan haqları prinsipi və konstitusiya həm müxalifət, həm də iqtidar tərəfindən zaman-zaman manipulyasiya olunur və kənardan ciddi demokratik problemlər kimi görünür.

Buna baxmayaraq, Türkiyədə ümumilikdə demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri fəaliyyət göstərir. Lakin hakimiyyət, özəl sahələrdə demokratik prinsiplərə riayət etmədiyi hallarda, tənqidlərə cavab vermək əvəzinə səlahiyyətlərini qeyri-proporsional şəkildə istifadə edir.

Hər şeyə rəğmən, Türkiyə hüquqi dövlətdir və vətəndaşlar qanun qarşısında bərabərdir. Təsadüfi nöqsanlara əsaslanaraq Türkiyəni antidemokratik ölkə kimi təqdim etmək məntiqli deyil.

Avropa Birliyi, xüsusilə Rusiya ilə gərgin münasibətləri nəzərə alaraq, yaxın günlərdə insan haqları məsələlərini əsas gətirərək hökumətlə danışıqlar aparacaq. Bu prosesdən sonra tarazlıq bərpa olunacaq və Türkiyə bir qədər rahatlıq yaşayacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri