Icma.az
close
up
RU
Kaliforniya müstəqilliyini elan etdi

Kaliforniya müstəqilliyini elan etdi

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Kaliforniya ştatında fövqəladə siyasi gərginlik yaşanır. Ştatın qubernatoru Qəvin Nyusom prezident Donald Trampın iqtisadi siyasətinə açıq meydan oxuyub. O, Kaliforniyanın Vaşinqtona baxmadan xarici ölkələrlə öz strateji münasibətlərini quracağını bəyan edib.

Manset.az xəbər verir k, Nyusom bildirib ki, əgər Trampın sərt idxal rüsumları üzündən xarici tərəfdaşlar ABŞ məhsullarına qarşı analoji cavab addımları atsa, Kaliforniyada istehsal olunan mallar üçün istisna rejimi tələb edəcək. Bu, ABŞ tarixində bənzərinə az rast gəlinən siyasi jest kimi qiymətləndirilir.

Qubernatorun bu cəsarətli açıqlamasının arxasında Kaliforniyanın iqtisadi nəhəngliyi dayanır. Belə ki, ştatın illik ÜDM-si 3,9 trilyon dollardır – bu göstərici Kaliforniyanı dünyanın beşinci böyük iqtisadiyyatı səviyyəsinə çıxarır. Hər il federal büdcəyə 83 milyard dollar ödəyən bu ştat, Texasdan 50% daha güclü iqtisadi göstəricilərə sahibdir.

57 yaşlı Nyusomun bu radikal çıxışları onun 2028-ci il prezident seçkilərinə hazırlaşdığını da təsdiqləyir. Lakin o, Ağ Evə gedən yolu qeyri-adi şəkildə seçib: qubernator bu yaxınlarda elan edib ki, yeni podkastında Trampın tərəfdarları – MAGA hərəkatının (Amerikanı yenidən qüdrətli edək) üzvləri ilə açıq söhbətlər aparacaq.

Bu addım Demokrat Partiyasında böyük rezonans doğurub. Liberal mövqeyi ilə tanınan Nyusomun sağçı dairələrlə dialoqa girməsi partiya yoldaşları tərəfindən tənqid olunub. Amma qubernator əmindir ki, demokratların içində güclənən radikal solun – Berni Sanders və Aleksandriya Okasio-Kortes kimi siyasətçilərin partiyanı uçuruma apardığını vaxtında görmək lazımdır.

Nyusomun dəvət etdiyi mühafizəkar radioaparıcı Maykl Savic isə onu belə xarakterizə edib: “Qəvin çox ağıllı siyasətçidir. Küləyin haradan əsdiyini hiss edir. İndi isə bu külək ya ortadan, ya da sağdan gəlir…”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 06 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri