Kaliforniyada insident: Kişi hava limanını “bir birinə qatdı“ Video
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
ABŞ-nin Vaşinqton ştatından olan bir kişi Cənubi Kaliforniya hava limanında təyyarələr üçün qoşqu maşınını oğurlayıb, onu uçuş meydançasında sürüb, başqa bir avtomobillə toqquşub və daha bir xidməti avtomobili ələ keçirməyə cəhd edib.
Bu barədə "New York Post" (NYP) nəşri mənbələrə istinadən məlumat verib.
"İddia olunur ki, Skayler Cey Barr 12 nömrəli minik çıxışının yanındakı təyyarə üçün qoşqu maşınına tullanıb və 7 nömrəli çıxışa doğru hərəkət edib, nəticədə "American Airlines" aviaşirkətinin xidməti zonasına çatıb və orada bu şirkətin avtomobillərindən birinə minməyə çalışıb", - deyə məlumatda bildirilib.
Nəşrin məlumatına görə, Skayler Cey Barr "American Airlines"ın avtomobilinə minə bilməyib, polis onu bunu etməzdən daha əvvəl saxlayıb. Saxlanıldıqdan sonra kişi xəstəxanaya aparılıb və orada ona toqquşma zamanı aldığı xəsarətlərə görə kömək göstərilib. Daha sonra o, nəzarət altına alınıb. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















