Icma.az
close
up
RU
Kaliforniyada süni intellektli çat botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

Kaliforniyada süni intellektli çat botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 oktyabr, AZƏRTAC

Kaliforniya qubernatoru Qevi̇n Nyusom süni intellekt əsasında çalışan çat-botların fəaliyyətini tənzimləyən qanunu imzalayıb. Yeni qanuna əsasən, platformalar istifadəçilərə qarşılarında insan deyil, çat-bot olduğunu açıq şəkildə bildirməlidir. Bu barədə məlumat yetkinlik yaşına çatmayanlara hər üç saatdan bir təqdim edilməlidir.

Qanun, həmçinin şirkətlərə özünə zərər vurmağa yönəlmiş məzmunun qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq etməyi və istifadəçilərdə intihar meyilləri müşahidə olunduğu hallarda onları böhran xidmətlərinə yönləndirməyi tapşırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Nyosom tərəfindən bazar ertəsi imzalanan bu sənəd texnologiya şirkətlərinə təsir göstərəcək bir neçə qanundan biridir. Digər sənədlər yaşın yoxlanılması, sosial şəbəkələrdə xəbərdarlıq yazılarının yerləşdirilməsi və süni intellekt vasitəsilə razılıq olmadan yayılmış seksual xarakterli məzmunun qarşısının alınması kimi məsələləri əhatə edir.

Qanunun imzalanması Nyusomun uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə Kaliforniyanın süni intellekt sahəsindəki liderliyini tarazlaşdırmaq cəhdini nümayiş etdirir.

“Meta” şirkəti bu qanuna qarşı çıxıb. Kompüter və rabitə sənayesi nümayəndələri isə sənədin innovasiyalara maneə törədə biləcəyini və Kaliforniya şirkətlərini rəqabətdə zəiflədəcəyini bildiriblər.

Kaliforniya süni intellekt sahəsində dünya lideridir, burada dünyanın ən iri 50 süni intellekt şirkətindən 32-si fəaliyyət göstərir.

Son üç il ərzində suallara cavab vermək, mətn, şifr, təsvir və hətta musiqi yaratmaq imkanı verən bu texnologiyanın populyarlığı sürətlə artıb. Onun inkişafı insanların informasiya istehlakı, əmək fəaliyyəti və təhsil üsullarını dəyişməkdədir.

Qanunvericilər hesab edirlər ki, çat-botlar gənclərin psixi sağlamlığına mənfi təsir göstərə bilər, çünki onlar bu texnologiyalardan ünsiyyət və məsləhət almaq üçün geniş şəkildə istifadə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see188

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri