Icma.az
close
up
RU
Çat botların təqdim etdiyi yanlış məlumatların sayı iki dəfə artıb

Çat botların təqdim etdiyi yanlış məlumatların sayı iki dəfə artıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

“NewsGuard” analitik şirkətinin tədqiqatçıları süni intellekt əsaslı çat-botların yalan iddiaları təqdimetmə hallarının əhəmiyyətli dərəcədə artdığını qeydə alıblar. Bu barədə “Forbes” məlumat verir.

AZƏRTAC-ın xarici mediaya istinadla xəbər verir ki, təhlil 10 aparıcı generativ modeli əhatə edib. Onların sırasında ChatGPT-5 (OpenAI), Smart Assistant (You.com), Grok (xAI), Pi (Inflection), le Chat (Mistral), Copilot (Microsoft), Meta AI, Claude (Anthropic), Gemini (Google) və Perplexity axtarış sistemi var.

Testlər sübut olunmuş yalan iddiaların mövcud olduğu mübahisəli xəbər mövzuları üzrə aparılıb. Orta hesabla çat-botlar belə yalan iddialara cavabların 35 faizində təkrarlayıb ki, bu da ötən illə müqayisədə (18 faiz) təxminən iki dəfə çoxdur. Ən zəif nəticə Inflection Pi göstərib – cavabların 57 faizi səhv olub. Perplexity – 47 faiz, Meta AI və ChatGPT – hər biri 40 faiz nəticə göstərib. Ən dəqiq model isə Claude olub, belə ki, o, cəmi 10 faiz hallarda yanılıb.

“NewsGuard”ın süni intellekt və xarici təsir üzrə redaktoru Makkenzi Sadeqinin sözlərinə görə, bu artım modellərin təlim metodlarındakı dəyişikliklə bağlıdır. Əvvəllər onlar bəzi sorğulara cavab verməkdən imtina edir və ya məlumat məhdudiyyətlərinə istinad edirdilərsə, indi real vaxt rejimində axtarış nəticələrindən istifadə olunur. Bu isə riskləri artırır, çünki axtarış nəticələri qəsdən dezinformasiya ilə doldurula bilər.

Yeni hesabatda ilk dəfə çat-botların konkret adları ictimaiyyətə açıqlanıb. “NewsGuard” bunu siyasətçiləri, jurnalistləri və ictimaiyyəti populyar süni intellekt alətlərindəki yüksək qeyri-dəqiqlik səviyyəsi barədə məlumatlandırmaq üçün etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri