Kaliforniyada yanğınlar nəticəsində dəyən zərər 250275 milyard dollara çatıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində dəyən zərər 250-275 milyard dollara çatıb.
“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə “AccuWeather” hava proqnozu xidməti məlumat yayıb.
"AccuWeather” Cənubi Kaliforniyada küləyin təsiri ilə sürətlə yayılan yanğınların vurduğu ümumi zərər və iqtisadi itkilərin ilkin məbləğini 250-275 milyard dollara qədər artırıb", - məlumatda qeyd olunub.
Yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğınlar hesab edilir. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Ən azı 24 nəfər həlak olub, məşhurların evləri də daxil olmaqla 12,3 mindən çox tikili məhv olub. Meteoroloqlar quru və küləkli hava şəraitinin yanğının sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















