Icma.az
close
up
RU
“Kalininqrad modeli” Zəngəzura transfer olunur ŞƏRH

“Kalininqrad modeli” Zəngəzura transfer olunur ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyə, Azərbaycan və Ermənistan Moskvasız geosiyasi model qurur


Azərbaycan və Ermənistan ilk dəfə paralel şəkildə müqavimət göstərir


Cənubi Qafqaz Rusiya üçün yalnız coğrafi deyil, həm də strateji baxımdan əhəmiyyətli bölgədir. Bu region Moskva üçün nüfuz zonası olmaqla yanaşı, həm də Qərblə sərhəddə geosiyasi qalxandır. Lakin son illərdə Azərbaycan, Gürcüstan və Ermənistanın siyasi kursunda müəyyən dəyişikliklər müşahidə olunur. 

Üç ölkənin Rusiyanın orbitindən uzaqlaşmaq cəhdləri Moskvada ciddi narahatlıqla qarşılanır. Bu səbəbdən Moskva Cənubi Qafqazda baş verən dəyişikliklərə açıq və ya dolayı yollarla müqavimət göstərir. Ancaq reallıq odur ki, Ermənistanda Paşinyan hökumətinin qərbyönlü siyasəti, Azərbaycanın və Gürcüstanın müstəqil və çoxqütblü siyasətə üstünlük verməsi Kremlin bölgə üzərindəki təsir imkanlarını getdikcə zəiflədir. 


Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya 200 ildən çoxdur Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışır. Ekspert vurğulayıb ki, bu müddət ərzində istər Çar Rusiyası, istərsə də sovet və postsovet Kremlin təcrübəsində əsas metod dəyişməz qalıb:



 "Bu, etnik və siyasi qarşıdurmalar yaratmaq, sonra isə "vasitəçi" rolu ilə həm hərbi, həm də diplomatik təsir mühiti formalaşdırmaqdır. Etiraf etmək lazımdır ki, bu siyasət, xüsusilə son onilliklərə qədər Kreml üçün uğurlu olub. Lakin ilk dəfədir ki, Moskva bu metodologiyanın effektivliyini sürətlə itirir. Və maraqlıdır ki, bu yeni mərhələnin konturlarını məhz Rusiya tərəfindən uzun illər boyu qarşı-qarşıya gətirilmiş Azərbaycan və Ermənistan paralel şəkildə müəyyənləşdirirlər. Məlum olduğu kimi, Azərbaycanda Rusiyaya qarşı həm rəsmi, həm də ictimai reaksiyalar son dərəcə sərt və haqlı şəkildə formalaşıb. Xüsusilə Yekaterinburqda baş verən hadisələr fonunda azərbaycanlıların ölüm halları ətrafında Bakı susmadı. Əksinə, Rusiya hüquq-mühafizə sistemini "etnik əsaslı qətliam"la ittiham edərək, məsələni açıq şəkildə siyasi müstəviyə çıxardı. Bu, Azərbaycanın artıq Rusiyaya qarşı yalnız daxili emosional reaksiya deyil, konkret siyasi mövqe sərgilədiyinin göstəricisidir. Eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiyaya qarşı olduqca sərt mövqe nümayiş etdirib. Onun rus telekanallarının yayımının dayandırılması təklifini irəli sürməsi, bu məsələni “ciddi şəkildə müzakirə etməyin vaxtı çatıb” deməsi, Ermənistanın da artıq Kremlin informasiya alətlərini milli təhlükə kimi qiymətləndirdiyini göstərir. Simonyanın “bu manqurtların proqramlarına da, onların ölkəyə girişinə də çoxdan qadağa qoyulub” kimi ifadələri, habelə rusiyalı aparıcıları “degenerat” adlandırması, artıq Moskva ilə münasibətlərdə klassik diplomatik ritorikanın da bir kənara qoyulduğunu nümayiş etdirir".


Analitik düşünür ki, Bakı və İrəvanın bu yanaşmaları faktiki olaraq Moskvanın Cənubi Qafqaz siyasətində istifadə etdiyi “yuxarıdan aşağı” narazılıq mexanizmini alt-üst edir:

 "Əgər əvvəllər Kremlin müdaxilələri region ölkələrindəki daxili siyasi çalxantılara əsaslanırdısa, indi əks proses baş verir. Yəni Azərbaycan və Ermənistanın siyasi mərkəzlərindən gələn paralel müqavimət Moskvanı ciddi təzyiq altına alır. Bu, regionun siyasi tarixində ilkdir. Azərbaycan və Ermənistan kimi uzun illər ərzində bir-birinə qarşı duran iki ölkənin eyni anda və ya paralel şəkildə Moskvaya qarşı müqavimət formalaşdırması təkcə gündəlik siyasi konjonktura ilə izah oluna bilməz. Bu, daha çox regionun fərqli şərtlərlə yeni geosiyasi düzənə keçmək cəhdi kimi qiymətləndirilməlidir. Bu kontekstdə bir detal - Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşma diqqətdən qaçmamalıdır. Məlumatlara görə, bu razılaşma Rusiyanın dəhliz üzərində heç bir nəzarət imkanına sahib olmamasını nəzərdə tutur. Bu isə Moskvanın prosesdən tamamilə kənarda qalması anlamına gəlir. Kreml bu yeni geosiyasi balansı pozmaq üçün hərəkətə keçdi və iddialara görə, dini kanallar vasitəsilə Ermənistanda Paşinyana qarşı çevriliş cəhdi etdi. Lakin bu cəhd uğursuz oldu. İndi isə eyni ssenari ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin bu səylər də nəticə vermir. Əslində, Türkiyə, Ermənistan və Azərbaycan üçlüyü Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox formalaşdırır. Bu isə Kreml üçün yalnız strateji deyil, eyni zamanda psixoloji məğlubiyyətdir.

Moskvanın vasitəçi və qarant roluna olan ehtiyac artıq bitib. Bu rolun yeni daşıyıcısı yerli iradədir". 


T.Rzayevin fikrincə, dəyişikliklər Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranmasını zəruri edir: 

"Zəngəzurda kommunikasiyaların açılması hazırkı mərhələdə təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistan üçün mühüm geosiyasi fürsət kimi qiymətləndirilir. Lakin 10 noyabr Bəyanatında yer alan maddəyə əsasən, yola nəzarətin Kremlə verilməsi heç bir tərəfə sərf etmir. Bu səbəbdən, yeni bir model əsasında, Rusiyanın iştirak etmədiyi alternativ bir kommunikasiya çərçivəsinin qurulması ehtimalı artır. İstisna deyil ki, Türkiyədə bu məsələ artıq masaya qoyulub. Yenə istisna deyil ki, bu, “Kalininqrad modeli” və ya ona bənzər mexanizm formasında ola bilər. Əslində, Rusiya-Azərbaycan münasibətlərində son gərginliyin arxa planında dayanan əsas motivlər də bu yeni düzənlə birbaşa bağlıdır. Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin də qeyd etdiyi kimi, bu, tarixi andır. Rusiya imperializminə qarşı birgə və məqsədyönlü mübarizə üçün yaranmış nadir fürsətdir. Əlbəttə, burada söhbət silahlı mübarizədən getmir. Bu, siyasi və strateji bir qarşıdurmadır. Azərbaycan isə bu prosesdə emosional addımlar atmır. Lakin reallığı dərk edir: regionun gələcəyi ilə bağlı qərarlar artıq Moskvanın diktəsi ilə yox, regional aktorların iradəsi ilə formalaşmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see328

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see278

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see229

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see226

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see220

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see205

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see199

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see197

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see190

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see185

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see184

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see168

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri