Icma.az
close
up
RU
Mbappe vurdu, Uğurcan Çakır qırmızı aldı Türkiyə Fransaya uduzdu

Mbappe vurdu, Uğurcan Çakır qırmızı aldı Türkiyə Fransaya uduzdu

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Millətlər Liqası çərçivəsində keçirilən qarşılaşmada Fransa milli komandası səfərdə Türkiyə yığmasını minimal hesabla məğlub edib.

Redaktor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşdə tərəflər ilk hissədə hesabı aça bilməyiblər. Türkiyə yığması meydan amilindən istifadə edərək Fransa qarşısında müqavimət göstərsə də, fasilədən sonra qonaqlar hesabı dəyişməyi bacarıblar.

Matçın 54-cü dəqiqəsində Kylian Mbappe Fransanı hesabda önə keçirib. Michael Olisenin ötürməsindən sonra hücumu dəqiq zərbə ilə tamamlayan fransalı forvard komandasına 1:0 hesablı üstünlük qazandırıb.

Fransa hesabı açdıqdan sonra Türkiyə bərabərlik qolunu vurmaq üçün hücumlarını artırıb. Lakin meydan sahibləri yaratdıqları imkanlardan yararlana bilməyiblər.

Qarşılaşmanın sonlarına yaxın Türkiyə üçün vəziyyət daha da çətinləşib. Yığmanın qapıçısı Uğurcan Çakır 87-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra Türkiyə millisinin baş məşqçisi qapıçı dəyişikliyinə gedib. Barış Alper Yılmazın əvəzinə Altay Bayındır meydana daxil olub və qapını qoruyub.

Fransa millisində isə görüşün yeganə qolunun müəllifi Mbappe 59-cu dəqiqədə əvəzlənib. Onun yerinə Desire Doue oyuna daxil olub.

Qarşılaşmada Türkiyə millisinin futbolçuları Arda Güler 42-ci, Salih Özcan isə 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Fransa yığmasında Dayot Upamecano 72-ci dəqiqədə, Esteban Lepaul və Manu Kone isə 90+3-cü dəqiqədə sarı vərəqə alıblar.

Beləliklə, görüşdə başqa qol vurulmayıb və Fransa Türkiyəni 1:0 hesabı ilə məğlub edib.

Turan ASLAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2026 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri