Kallas ABŞ ni Ukrayna münaqişəsi ilə bağlı mövqeyini qəfil dəyişməkdə ittiham edir
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşdən sonra ABŞ gözlənilmədən Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişib.
Missiya.Az xəbər verir ki, bu barədə martın 3-də Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas məlumat verib.
“ABŞ ilə birlikdə biz Ukraynaya dəstək verən qətnamə hazırladıq və onların qəfil mövqelərini dəyişməsi bizim üçün sürpriz oldu. Rusiya tərəfi ilə görüşdən sonra nə isə baş verdi, onların davranışı dəyişdi”, - o, CBS News-a müsahibəsində bildirib.
Kallas həmçinin, vurğulayıb: "Vaşinqton “Azadlıq və müstəqillik, beynəlxalq hüququn fundamental prinsipləri uğrunda mübarizə aparır”.
O əlavə edib ki, vaxt keçdikcə Aİ-yə üzv ölkələrin anti-Rusiya sanksiyaları məsələsində razılığını saxlamaq çətinləşir.
Zərintac Mayisqızı
Missiya.Az

