Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Biz Gürcüstan hökumətini dəstəkləmək istəmirik, gürcü xalqını dəstəkləmək istəyirik".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ-nin ötən ildən hazırladığı Qara dəniz strategiyası artıq tətbiq mərhələsindədir.
"Qara dəniz ətrafındakı müxtəlif ölkələr əlbəttə ki, bu strategiyanın vacib hissəsidir. Hazırda Gürcüstanla bağlı çətinliklərimiz var, çünki hökumətlə əlaqələrimiz yoxdur", - Kallas əlavə edib.
Bu mövzuda digər xəbərlər:Kallas: Gürcüstan Aİ istiqamətində addımlamır
18 Dekabr 2025 13:53
Kallas: Gürcüstan hakimiyyətinin addımları Aİ dəyərlərinə ziddir
20 Oktyabr 2025 17:40
Kallas: Gürcüstan hazırki vəziyyətdə Aİ üzvü ola bilməz
20 Oktyabr 2025 17:22
Kaja Kallas: “Gürcüstan ümidləri doğrultmur”
03 Fevral 2025 13:03
Kaya Kallas Gürcüstan hakimiyyətinə çağırış etdi
04 Dekabr 2025 17:47
Baxış sayı:111
Bu xəbər 13 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















