Kallas: Aİ Rusiyanı sülhə gəlməyi üçün təzyiqi davam etdirəcək
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Avropa İttifaqının (Aİ) Rusiyanı çirkli pulların yuyulması ölkəsi kimi qara siyahıya salması Rusiya bankları ilə əməliyyatların yavaşlamasına və xərclərinin artmasına səbəb olacaq.
Bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ XİN rəhbərlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Rusiya sülh üçün hətta simvolik səy belə göstərmir. Onun sərnişin qatarına zərbəsi, eləcə də mülki infrastruktura - enerji obyektlərinə, xəstəxanalara, məktəblərə, yaşayış evlərinə hücumu hərbi cinayətdir", - Kallas deyib.
O qeyd edib ki, bu şəraitdə Ukraynaya göstərilən yardım kifayət etmir, buna görə də iclasda enerji dəstəyinin daha yaxşı koordinasiyası komandaları Brüssel və Kiyevdə fəaliyyət göstərəcək məqsədli işçi qrupunun yaradılması təklif olunub.
Kallas vurğulayıb ki, eyni zamanda Rusiyaya təzyiq artırılır: pulların yuyulmasına görə qara siyahıya daxil edilir, Ukraynada döyüşmüş və ya döyüşən hərbçilərə Aİ-yə giriş qadağasının tətbiqi müzakirə olunur və 20-ci sanksiyalar paketinin hazırlanması davam etdirilir.
Kremllə danışıqlara başlamaq imkanı ilə bağlı suala cavabında diplomatiya rəhbəri vurğulayıb ki, Aİ burada danışıqlar üçün müraciət edən tərəf ola bilməz.(Report)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ XİN rəhbərlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Rusiya sülh üçün hətta simvolik səy belə göstərmir. Onun sərnişin qatarına zərbəsi, eləcə də mülki infrastruktura - enerji obyektlərinə, xəstəxanalara, məktəblərə, yaşayış evlərinə hücumu hərbi cinayətdir", - Kallas deyib.
O qeyd edib ki, bu şəraitdə Ukraynaya göstərilən yardım kifayət etmir, buna görə də iclasda enerji dəstəyinin daha yaxşı koordinasiyası komandaları Brüssel və Kiyevdə fəaliyyət göstərəcək məqsədli işçi qrupunun yaradılması təklif olunub.
Kallas vurğulayıb ki, eyni zamanda Rusiyaya təzyiq artırılır: pulların yuyulmasına görə qara siyahıya daxil edilir, Ukraynada döyüşmüş və ya döyüşən hərbçilərə Aİ-yə giriş qadağasının tətbiqi müzakirə olunur və 20-ci sanksiyalar paketinin hazırlanması davam etdirilir.
Kremllə danışıqlara başlamaq imkanı ilə bağlı suala cavabında diplomatiya rəhbəri vurğulayıb ki, Aİ burada danışıqlar üçün müraciət edən tərəf ola bilməz.(Report)
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Kallas Rusiyanı ittiham edib
01 Yanvar 2026 23:36
Kallas Rusiyanı terrorçuluqda ittiham edib
19 Noyabr 2025 11:02
Aİ Çin və Rusiyanı ən böyük problem olaraq görür Kallas
31 May 2025 17:23
Kallas: İsrailin təhlükəsizliyi Aİ üçün çox vacibdir
24 Mart 2025 15:51
Ukrayna Rusiyanı tək məğlub edə bilməz Kallas
09 Oktyabr 2025 11:04
Baxış sayı:44
Bu xəbər 29 Yanvar 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















