Kallas Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışıb YENİLƏNİB
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
Ölkə.az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.
Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.
Kallas Ermənistan və Azərbaycan arasında tam hüquqlu normallaşmaya dair sazişin həyata keçirilməsinə dəstəyini təklif edib.
Məlumata görə, Avropa diplomatiyasının rəhbəri, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















