Kallas Borrel kimi baş antidiplomatdır Zaxarova
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyada Rusiya hərbi bazalarının mövcudluğu məsələsinin Avropa İttifaqına (Aİ) dəxli yoxdur, bu məsələ yalnız Moskva və Dəməşq arasındakı dialoq çərçivəsində nəzərdən keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə Suriyanın yeni hakimiyyəti ilə dialoqa başlamaq üçün Rusiya bazalarının çıxarılmasını şərt kimi göstərən Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatı ilə bağlı “NEWS.ru”nun sualına cavabında bildirib.
Onun sözlərinə görə, Kallas "sələfi Jozep Borrel kimi baş antidiplomatdır".
"O, hətta bu vəzifəyə başladığı ilk dövrlərdə verdiyi bəyanatlardan da göründüyü kimi, baş diplomat yox, baş antidiplomatdır. Borrel də bu cür antidiplomat idi. Bu, sadəcə Aİ-nin NATO-nun iqtisadi şöbəsinə çevrilməsidir, yarandığı gündən bəri burada təkcə aqressiv ritorika deyil, həm də aqressiv ideologiya üstünlük təşkil edir", - M.Zaxarova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















