Icma.az
close
up
RU
KALSİUMun sağlamlığımızda əvəzsiz rolu. Tək sümüklər üçün vacib deyil!

KALSİUMun sağlamlığımızda əvəzsiz rolu. Tək sümüklər üçün vacib deyil!

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kalsium elementi orqanizmdə çox mühüm rol oynayır. Bu mineral orqanizmdə gedən bir çox əhəmiyyətli proseslərdə iştirak edir.

Kalsium sümük toxumasının əsas elementidir. Orqanizmə kalsium kifayət miqdarda daxil olunduqda, insanın sümükləri möhkəm olur. Əks halda sümüklər kövrək olacaq, skelet əyiləcək, hətta yüngül travma nəticəsində sümüklər qırıla bilər.

Saglamolun.az bildirir ki, dişlər, saç, dırnaqlar, dərimizin vəziyyəti də orqanizmdə kalsiumun səviyyəsindən asılır. Kalsium azdırsa dişlərdə karies artır, saç və dırnaqlar zəif olur, dərinin vəziyyəti pisləşir, qırışlar artır.  

Kalsium bədənin bütün əzələlərinin normal fəaliyyəti üçün çox vacibdir. Kalsiumun defisiti əzələlərdə spazmlara (tutulmalara), əzələlərin keyiməsinə, qıcolamlara səbəb olur.

Ürək də əzələdir. Bu əzələnin normal fəaliyyəti insan üçün həyati vacibdir. Kalsium urəyin sağlamlığı və normal fəaliyyəti üçün çox önəmlidir. Kalsium ürək döyünməsinin tənzimlənməsində iştirak edir. Bu mineralın defisiti zamanı ürək fəzliyyətində pozulmalar yaranır.

Kalsium arterial təzyiqinin səviyyəsini aşağı salır.

Kalsium insanın sinir sisteminin fəaliyyətində də iştirak edir. Bu mineral sinirlər arasında impulsların ötürülməsi üçün vacibdir. Kalsiumun çatışmazlığı insanın əqli fəaliyyətinə mənfi təsir edir, yuxusuzluğa, əsəbiliyə səbəb olur.

Orqanizmdə "pis" və "yaxşı" xolesterin sintez olunur. "Pis" xolesterin damarların divarlarında yığılaraq aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir. Kalsium orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır.

Kalsium həmçinin qanın normal laxtalanması, mübadilə prosesləri, damarların sağlamlığı, immun sisteminin fəaliyyəti üçün də çox vacibdir.

Kalsium orqanizmə allergiya əleyhinə təsir edir.

Kalsium hər gün orqanizmdən sidik, nəcis, tər ilə xaric olunur. Bu səbəbdən kalsium  orqanizmə daim daxil olunmalıdır. Kalsium bir çox məhsullarda var. Lakin kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, kalsiumun orqanizm tərəfindən effektli şəkildə mənimsənilməsi üçün D3 vitamini lazımdır. Bu vitamin orqanizmdə gün şüaları təsirindən əmələ gəlir. Əgər insan daim açıq havada az müddət ərzində olursa, bu D3 vitamininin sintezinə və nəticədə kalsiumun mənimsənilməsinə mənfi təsir edir.

Digər tərəfdən kalsiumun mənimsənilməsini maqnezium, fosfor kimi minerallar və C vitamini yaxşılaşdırır. Maqnezium qara çörək, noxud, lobya, yulaf yarması, qoz-fındıq və s. məhsullarda, fosfor - qoz-fındıq, yumurta, balıq, ət, mərci, arpa kimi məhsullarda var.

Kalsiumun mənimsənilməsini fiziki aktivlik artırır.

Əksinə isə siqaret çəkmək, spirtli içkilərin qəbulu, duzlu qidalar, açıq havada az olmaq, azhərəkətli həyat tərzi kalsiumun orqanizmdə mənimsənilməsini pisləşdirir.

Kalsiumla bütün süd məhsulları (kəsmik, yoqurt, qatıq, pendir, süd və s.), müxtəlif kələm növləri  (xüsusilə brokkoli kələmi), göyərtilər (xüsusilə ispanaq), avokado, yaşıl lobya, qoz-fındıq, balıq, küncüt toxumları, buğda kəpəyi zəngindir. Həmçinin kalsium bir çox giləmeyvələrdə (qarağat, böyürtkən, albalı, çiyələk), meyvələrdə (ərik, üzüm, şaftalı, portağal) də var.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri