Icma.az
close
up
RU
Kamal Abdullanın yaradıcılığı “Söğüt” dərgisində

Kamal Abdullanın yaradıcılığı “Söğüt” dərgisində

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Türkiyənin önəmli ədəbiyyat dərgilərindən olan “Söğüt” jurnalının 30-cu sayında Xalq yazıçısı, akademik Kamal Abdullaya həsr edilən 60 səhifəlik xüsusi bölümdə yazıçının ədəbi və elmi irsi müxtəlif aspektlərdən geniş şəkildə işıqlandırılıb.

Türk Ədəbiyyatı Dərgisi olan “Söğüt” Kamal Abdullanın əsərlərinin də yayımlandığı “Ötükən” nəşriyyatında iki aydan bir çap olunur. Dərginin hər sayında bir yaradıcı şəxs və ya mövzu haqqında geniş materiallar dərc olunur.

Dərginin ilk səhifələrində Bəxtiyar Aslanın Xalq yazıçısı Kamal Abdulla ilə apardığı geniş müsahibə yer alır, ədibin həyat və yaradıcılığı, akademik fəaliyyəti haqqında oxuculara maraqlı məlumatlar verilir.

Daha sonra Bəxtiyar Aslanın reallaşdırdığı nisbətən iki qısa reportaj – AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Xalq şairi Ramiz Rövşənlə müsahibələri təqdim olunur. Professor Rafiq Əliyev müsahibəsində Kamal Abdullanın insani xüsusiyyətlərini vurğulayarkən yazıçını “qıraqdan baxanda bir az ciddi görünən, daxilində isə bir uşaq yaşadan” insan kimi təsvir edir, Kamal Abdullanın yaradıcılıq dünyasının onun daxilindəki bu uşaqlıq duyğusundan qidalandığını bildirir. Xalq şairi Ramiz Rövşən isə müsahibəsində Kamal Abdulla ilə gənclik illərindən başlayan dostluqlarından, yazıçının Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən bəhs edib.

Müsahibələrdən sonra Kamal Abdullanın əsərlərini Türkiyə türkcəsinə çevirmiş, Türkiyə xalq ədəbiyyatı sahəsində tanınmış tədqiqatçı Ali Duymazın “Qorqudşünas Kamal Abdulla” adlı məqaləsi yer alır. Azərbaycanın gənc elm adamı Nərgiz İsmayılova isə bölümə Kamal Abdullanın “Üç ölçülü labirint” adlı yazısı ilə töhfə verir. Məqalədə Kamal Abdullanın dünya və Azərbaycan ədəbiyyatındakı yeri müəyyənləşdirilir, yazıçının əsərlərindəki milli ünsürlər, postmodern xüsusiyyətlər şərh edilir.

Tanınmış yazıçı və şair Rəşad Məcid isə “Öz içində gizlənən adam” məqaləsini bir xatirə mətni kimi təqdim edir, eyni zamanda, Kamal Abdullanın psixoloji və ədəbi portretini cızır. Daha sonra akademik Muxtar İmanovun “Romanda mif modeli: saxta qəhrəman” adlı məqaləsində yazıçının romanlarında mifik modellər incələnir, ədibin bədii üslubunun özəllikləri təhlil edilir.

Bölümün son yazısı Türkiyədə Kamal Abdulla haqqında doktorluq dissertasiyası müdafiə edən gənc alim Fatih Keskinə aiddir. “Sirlər və sərhədlər kənarının yolçusu: Kamal Abdulla” adlı məqaləsində yazıçının şəxsi keyfiyyətləri və yaradıcılıq fəaliyyətini geniş şəkildə təhlil edən F.Keskin qeyd edir ki, Kamal Abdulla “sirlərin yolçusu” olaraq həm ədəbiyyatda, həm də elmdə sərhədləri genişləndirən bir simadır. Onun yaradıcılığı yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri