Kamal Kılıçdaroğlu siyasətdən getdi
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun yenidən sədr olmaq və ya hər hansı bir partiyanın rəhbərliyinə keçmək kimi niyyətinin olmadığı bildirilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, aktiv siyasəti tərk edən Kamal Kılıçdaroğlu bundan sonra bir müddətdir xəstəliyi səbəbilə müalicə alan həyat yoldaşı Səlvi Kılıçdaroğlunun səhhəti ilə daha yaxından məşğul olacaq.
Vəkili Cəlal Çelikin ofisini iş ofisi kimi istifadə etməyə başlayan CHP-nin sabiq sədrinin gündəlik siyasətdən uzaqlaşaraq qlobal proseslərə fokuslandığı, müxtəlif platformalarda dərc olunan məqalələrini davam etdirəcəyi vurğulanıb. Qeyd edilib ki, Kılıçdaroğlu sosial media hesabında da vaxtaşırı videolu paylaşımlar edərək qiymətləndirmələrini bölüşəcək./teleqraf
Baxış sayı:106
Bu xəbər 19 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















