Kamal Kılıçdaroğlunn süqutu: ofis təhvil verildi Türkiyə siyaəstində daha bir dövr qapandı (FOTO)
Icma.az, Mia.az saytına istinadən bildirir.
14 may 2023-cü il Prezident seçkilərində Ərdoğanla daban-dabana yarışan "6-lı Masa"nın vahid namziədi, o zaman CHP-nin sədri olan Kamal Kılıçdaroğlu artıq aktiv siyasətə vida edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP sədrliyini də Özgür Özələ uduzduqdan sonra Ankarada ofis icrayə götürüb, siyasətin mərkəzində qalmaq istəyən Kılıçdaroğlu partiya qurultayı ilə bağlı məhkəməni də uduzduqdan sonra siyasətdən tam geri çəkilib.
Məlumata görə, bu günə qədər onun fəaliyyət göstərdiyi Ankaradakı ofis də satılıb: "Həmin ofis 43 milyon lirəyə satılıb. Kamal bəy də bu gün ofisdəki şəxsi əşyalarını da götürüb, oranı tərk edib".
Türkiyə mediası yazır ki, o, bundan sonra ailəsiylə zaman keçirəcək.
Yeri gəlmişkən, Kılıçdaroğlunun ofisi təhvil verməsi və əşyalarını götürməsi barədə görüntülər də yayılıb.
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















