Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kamalə Abiyevanın qələbəsi Və ya Kamalə Abiyevanın imza günü FOTOLAR

Kamalə Abiyevanın qələbəsi Və ya Kamalə Abiyevanın imza günü FOTOLAR

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İrəvanda diz qoysam”, “41”-Astara şəhidləri,  “21”-Bakı şəhidləri, “O adam”, “Torpaq”... Bu kitabların hər birinin adları kimi, orada əks olunmuş tale və məzmunları da tam fərqli idi. Onu sevdirən, tanışlığımıza səbəb “Bakı haqqında nağıl” olmuşdu. Fərqli üslubu ilə seçilən Eyyub Yaqubovun ifasında bəstəkar Aygün Səmədzadənin bəstələdiyi mahnını dinləyərkən keçirdiyim hisslər sözlərin müəllifini sevdirmişdi mənə.Adətən, ailəmizlə yayı bağda keçirərdik və Abşeron qumluqlarında, yarımsəhralıqlara xas o qədər də hündür olmayan ağaclar, şanısı ilə məşhur torpaqda “yatan” meynələr, Xəzərin səsi, gilavar və xəzrinin uğultusu, dünya tarixində bir çox ilklərə imza qoymuş neft və onun mədənləri, həmin məkanların özünəməxsus qoxusu və daha nələr, nələr...qəribə duyğular yaşadardı.Bakı və onun bağlarını bu cür təsvir etmək üçün o torpağı, o qumluqları, o neft qoxusunu sevmək lazım idi... Bu təsvir şairənin Vətən sevigisinin bariz nümunəsi idi. Şairənin Xəzərin səsini “laylay”a bənzədən, meynəliklərin qumluqlardakı xışıltısına “qum üstündə şanılartək xumarlanan dincliyimsən” söyləyən, xəzri ilə gilavarın şıltaqlıqlarının gətirdiyi neft qoxusunu “Saçlarıma sığal çəkən neft ətirli küləklər” kimi ifadə edən, İçərişəhərin Qoşa Qala Qapısını şəhərin gözlərinə bənzədən bu şeiri Bakı haqqında olan nəğmələrdən bu cür özünəməxsusluqları ilə seçilirdi.Onun yaradıcılığını o vaxtdan izləyirdim, imza günlərində, kitab təqdimatlarında iştirak edirdim. Növbəti imza gününə də sevə-sevə getdim.

06 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Kamalə Abiyevanın Bakı şəhidlərinin xatirəsinə yazdığı “21” esselər toplusu və “O adam” şeirlər kitabının təqdimatı və imza günü keçirildi. Adıçəkilən sənət məbədində yarandığı gündən adları təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, ictimai-siyasi həyatda da silinməz izlər qoymuş şəxslərin iştirakı olan tədbirlərdən həmin görüşün fərqi onda idi ki, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanların valideynləri də iştirak edirdilər. Şairənin poetik dünyasını özündə əks etdirən şeirləri ilə birgə onun Vətən azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr edilmiş kitabları da oxuculara təqdim olunmuşdu.

AYB-nin sədr müavini, MŞ-nın sədri, yazıçı, şair, jurnalist Rəşad Məcidin aparıcılığı ilə keçən tədbir iştirakçıların ömrünə unudulmaz saatlar yazdı. Tədbirin əvvəlində Rəşad Məcid Kamalə xanıma AYB-nin təbrik məktubunu təqdim etdi. Füzuli  rayon Mahmudlu-2 kənd məktəbinin direktor müavini Narınc Məmmədova yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu vurğulayaraq “Dəmir yumruq Alfa-A” cəmiyyətinin Azərbaycana, dövlətinə layiqli xidmətinə görə fəxri diplomunu  təqdim etdi. Çıxış edənlər MM deputatı,ictimai xadim, şair, jurnalist Elçin Mirzəbəyli, F.e.d. Esmira Fuad, f.e.d.prof. Vaqif Yusifli, AYB-nin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, yazıçı, şair, tərcüməçi Aysel Əlizadə, Xalq artisti bəstəkar Aygün Səmədzadə, şair, yazıçı Şövkət Horovlu,  filologiya üzrə fəlsəfə doktoru , yazıçı, tərcüməçi Kamran Nəzirli, pedaqogika üzrə fəlsəfə doktoru, jurnalist Zemfira Məhərrəmli,  istedadlı bəstəkar, pianoçu Pikə Axundova, dos. Allahverdi Eminov , şair Ağacəfər Həsənli, “Qarabağ qaziləri” İB-nin sədr müavini Fəzail Əsədov Kamalə Abiyevanın yaradıcılığının müxtəlif yüksək bədii-ədəbi xüsusiyyətlərini, fərqliliyini vurğuladılar. Şair, “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova  ədəbiyyatda öz sözünü demiş, oxucuların sevimlisi, bütün fəxri adalrar layiq olan, “ruh ekizim” adlandırdığı Kamalə xanımına yaradıcılıq uğurları arzulayaraq çıxışlara yekun vurdu.

İmza günündə istedadlı söz sahibinin qələm dostları, jurnalistlər Əbülfət Mədətoğlu, Qulu Ağsəs, İbrahim Yusifoğlu, Maşallah Məftun, Əntiqə Qonaq, Mahcamal, Təranə Məmməd, Şəmsiyyə Kərimova, Nüşabə Mirzəbəyli, Vəsimə Qarayeva, Gülşən Rafiqqızı, eləcə də çox sayda oxucular iştirak edirdi.

Pedaqoq Kamalə xanımın şəhidlərin həyatlarını təsvir edən yazıları böyüməkdə olan nəsildə, tədris müəssisələrində himnə çevrilmiş “Məktəb illəri” mahnısı ilə böyüyən gənclərdə Vətən, şəhid, torpaq məfhumlarına sevgi oyadır. Xalqa qələbə hissini yaşatmaq üçün canlarını qurban verən şəhidlər barədə kitablar şairənin daxili aləminin yalnız poetik dünyasını deyil, Vətən sevdalı duyğularını özündə əks etdirir. Üstəlik,igid oğulların ailələrinin duyğularını kağıza köçürməyin heç də asan olmadığı nəzərə alınsa, Azərbaycanın hər bölgəsində şəhidlər xiyabanlarında uyuyan qəhrəmanların taleləri, döyüşlər haqqında yazmağın necə mənəvi qüvvə, dözüm tələb etdiyini anlamaq çətin deyil.

Diqqətimi çəkən məqamlardan biri də tədbirdə şəhid ailələrinin yaşadığı xoş duyğular, onların təşəkkür dolu baxışları, sözləri idi. Onlara mənəvi dayaq olmağı bacarmaq Kamalə Abiyeva istedadının qələbəsidir.Mən ona söz dünyasında beləcə qalib olmağı arzulayıram.

Filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri