Icma.az
close
up
RU
Kamilo Durandan ilk açıqlama: İlk kolumbiyalı olmaq...

Kamilo Durandan ilk açıqlama: İlk kolumbiyalı olmaq...

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"dan Kamilo Duranın beşillik müqavilə ilə komandaya qoşulduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sayt bildirir ki, Duran ötən mövsüm Azərbaycan təmsilçisinin heyətində çıxış edib, 15 qol vurub. Bu qolların beşi UEFA Çempionlar Liqasında qeydə alınıb. Duran həmçinin 10 məhsuldar ötürmə ilə yadda qalıb.

İndi 24 yaşlı futbolçu karyerasında növbəti addımı ataraq Martin O’Nilin rəhbərlik etdiyi komandaya qoşulub. O, artıq Portuqaliyadakı təlim-məşq toplanışında yeni komanda yoldaşları ilə bir araya gəlib.

"Qarabağ"dan "Seltik"ə keçidindən sonra "CelticPlayer"ə açıqlama verən Kamilo Duran deyib: "Şotlandiyanın ən böyük klubu olan "Seltik" kimi böyük bir komandaya keçmək mənim üçün gerçəkləşən arzudur. Çox xoşbəxtəm və oynamağa, çoxlu qollar vurmağa başlamaq üçün səbirsizlənirəm. İlk dəfə maraq olduğunu eşidəndə heç bir tərəddüdüm olmadı. Sadəcə komandadakı uşaqlarla birlikdə meydana çıxmaq üçün həyəcanlıyam.

Çempionlar Liqasında oynamaq gerçəkləşən arzu idi. Uşaq vaxtı xəyal etdiyiniz məhz budur. Orada qol vurmaq möhtəşəm hiss idi və burada da bunu davam etdirmək, Çempionlar Liqasında qollar vurmaq istəyirəm. Hər oyunda bütün gücümü, böyük əzmkarlıq və fədakarlıqla ortaya qoyuram. Ümid edirəm ki, qollar gələcək.

"Seltik"də çıxış edən ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir. Uşaqlıqdan ölkəmi təmsil etmək arzum olub və ümid edirəm ki, burada "Seltik"də yaxşı çalışaraq bir gün bu arzuma da çatacağam. Baş məşqçiyə burada olduğum üçün nə qədər xoşbəxt olduğumu və təşəkkürümü çıxışımla göstərəcəyimi demişəm. Bu formanı geyinmək böyük şərəfdir və ümid edirəm ki, bu il çempion olacağıq".

Qeyd edək ki, bundan əvvəl "Qarabağ" Kamilo Duranın "Seltik"ə transferini elan edib. Tərəflər keçidin maliyyə tərəflərini açıqlamayıb. Lakin bundan əvvəl "Şotlandiyanın The Herald" nəşri yazıb ki, "Seltik" kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq (6,4 milyon avro - 12,5 milyon manat) ödəyəcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri