Icma.az
close
up
RU
Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun Direktoru ilə görüşüb

Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun Direktoru ilə görüşüb

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Baş Prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə qonaqları salamlayan Baş Prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirərək iki ölkə arasında ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev, bunun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd edib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda keçirilən COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayan qonaq tədbir çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Baş prokuror Kamran Əliyev isə COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya zamanı Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın təsirli çıxışını təqdir edib.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see162

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see133

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see129

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri