Icma.az
close
up
RU
Kamran Əliyev Vyetnamın Baş prokurorunu qəbul etdi

Kamran Əliyev Vyetnamın Baş prokurorunu qəbul etdi

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Yenicag.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevlə vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb.

Görüşdə qeyd edilib ki, iki ölkə arasında dost münasibətlərin təməli hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə səfəri zamanı qoyulub. Münasibətlərin inkişafında 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfərinin mühüm rol oynaması xüsusi vurğulanıb. Həmçinin keçmiş SSRİ dövründə Azərbaycanda minlərlə vyetnamlının təhsil aldığı diqqətə çatdırılıb.

Bildirilib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib.

Xüsusilə, 2014-cü ildə Azərbaycanın dövlət başçısının Vyetnama, 2025-ci ildə isə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana reallaşdırdığı dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə həmçinin, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Hanoy şəhərinə işgüzarı səfəri xatırlanmış, həmin səfərdə Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı  imzalanıb.

Vyetnam Sosialist Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə” layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 İyun 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri