Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Kamran Əsədov şagirdə stul atan müəllimi müdafiə edib

Kamran Əsədov şagirdə stul atan müəllimi müdafiə edib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox”


Digər təhsil eksperti də hadisədən sonra məktəb rəhbərliyində çalışan direktorun işindən azad edilməsinin doğru yanaşma olmadığını deyib



Sosial mediada Sumqayıt şəhərinin 38 nömrəli tam orta məktəbində müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb. Hadisə ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsindən qeyd edilib ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb. İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin edilməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb. Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.


“Sherg.az”  xəbər verir ki,  təhsil eksperti Kamran Əsədov sosial media paylaşımında şagirdə stul atan müəllimi müdafiə edib: 

“Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan “hakim” roluna çevrilib.

Öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər? Siniflər idarəolunmaz vəziyyətdədir, şagirdlərin tərbiyəsi, davranışı artıq biabırçılıq həddədir. Müəllimi günahlandırmadan öncə soruşun: “Mən övladımı necə böyütmüşəm?”.


Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən gənc alim Elyar İslamoğlu da hesab edir ki, heç bir müəllim, üstəlik də, qadın müəllim öz-özünə əsəbiləşmir. Onu stulu atacaq həddə çatdıran valideynin evdə tərbiyə edə bilmədiyi uşaqdır: 

“Məktəb şagirdə təhsil verir, tərbiyəni valideyn evdə verməlidir. Ərköyün, harın, qudurğan böyüdülən uşağı məktəb tərbiyələndirə bilməz. Belə hadisələr zamanı müəllimlər yox, müəllimi o həddə çatdıran şagird və valideyn qınaq obyekti olmalıdır. 

Məktəblərdə günü-gündən sözə baxmayan, şıltaq, tərs, intizamsız, kobud, sinifdəki əşyaları sındıran uşaqların sayı artır. Bu sayın artmasında laqeyd, övladı ilə maraqlanmayan valideynlərin rolu böyükdür. Məktəbdə özünü aparmağı bacarmayan, mütəmadi dərsləri pozan şagirdlər çətin tərbiyə olunan uşaqlar üçün müəssisələrə göndərilməlidir. 

Biz orta məktəbdə oxuyan zaman indiki qədər şıltaq, çətin tərbiyə olunan şagird və onlar qədər də laqeyd valideyn yox idi. Çünki uşaqlar bilirdi ki, məktəbdə müəllimə qarşı tərbiyəsizlik etsələr, evdə valideyn tərəfindən cəzalanacaqlar. 

Məktəb-valideyn münasibətləri düzgün tənzimlənməsə, bu gün müəllimə qarşı hörmətsizlik, tərbiyəsizlik edən şagirdlər gələcəyin cinayətkarı, narkomanı olacaqlar. Onlar gələcəkdə öz valideynlərinə də sahib çıxmayacaqlar”.


Digər təhsil eksperti Tural Abbasquliyev hadisədən sonra məktəb rəhbərliyində çalışan direktorun işindən azad edilməsinin doğru yanaşma olmadığını deyib. Onun sözlərinə görə, bu cür hallar cəmiyyət tərəfindən izlənir, valideynlər və uşaqlar tərəfindən görülür. Belə bir vəziyyətdə uşaqların davranışlarında sərbəstlik artır, müəllimin nüfuzu isə zəifləyir: 

“Müəllimi və ya direktoru işdən çıxarmaq nisbətən asan bir prosesdir. Lakin eyni ədalət prinsipi ilə uşağa da ciddi cəza tətbiq etmək, hətta müəyyən hallarda məktəbdən uzaqlaşdırmaq mümkün olmalıdır.

Beynəlxalq Uşaq Konvensiyasına əsasən, hər bir uşağın təhsil almaq hüququ var. Məktəblərin uşağı təhsil müəssisəsindən çıxarmaq səlahiyyəti yoxdur. Uşaq yalnız cinayət törətdiyi halda xüsusi təhsil müəssisələrinə göndərilir, burada da təhsilini davam etdirir. Bu halda belə suallar yaranır: müəllimin hüquqları nə olacaq? Bir müəllim təzyiq nəticəsində özünü intihara çatdırarsa və ya cinayət baş versə, bu vəziyyətin hüquqi məsuliyyətini kim daşıyacaq?

Allah eləməsin, belə bir hadisə baş versə, maraqlıdır, onda kim cəzalandırılacaq? Varmı bunun hüquqi və mənəvi əsası? 

Bir çox halda uşaqların özləri qaçarkən divara dəydikləri və ya kiçik bir cızıq aldığı halda, bəzi valideynlər heç bir araşdırma aparmadan birbaşa hüquq-mühafizə orqanlarına müraciət edir. Sonra isə həmin valideynə vəziyyət izah olunur, amma proses artıq müəllim və məktəb üçün ciddi problemlərə səbəb olur. Belə bir atmosferdə, belə bir təzyiq mühitində təhsilin keyfiyyətindən və nizam-intizamdan danışmaq nə qədər mümkündür?

Bu proseslər müəllimi çarəsizləşdirir, onun cəmiyyət qarşısındakı nüfuzunu sarsıdır. Nəticədə müəllim cəzalandırılır, amma bu həddə gətirən uşağa heç bir ciddi tədbir görülmür. Məktəblərin uşağı təhsil müəssisəsindən çıxarmaq üçün qanuni prosedurları olmadığı halda, tərbiyəvi tədbirlər yetərsiz qalır. Bu balanssızlıq müəllimlərin çətin vəziyyətə düşməsinə, məktəb mühitində intizamın pozulmasına və nəticədə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə də sosial media hesabında bu mövzuya toxunub:  

“Müəllim davranışlarında yaranan neqativ halların səbəbləri subyektiv olmaqla bərabər, həm də obyektivdir. Subyektiv səbəblərə: xarakter, temperament tipi, ailədaxili münasibətlər, psixoloji hazırlıq və dözümlülük aid ola bilər. 

Obyektiv səbəblərə isə müəllim hazırlığı, peşəkar inkişafa dəstək mexanizmləri, işə qəbul prosedurları, sosial rifah, tələb və təklif arasındakı balans aiddir. Siyahını uzatmaq olar. Subyektiv səbəblərlə mübarizə şəxsi inkişaf proqramından asılıdır ki, bu da ölkəmizdə yox dərəcəsindədir. Obyektiv səbəblərlə mübarizə olmur. O səviyyədə sadəcə nizam və sistem olmalıdır ki, onun da vəziyyəti məlumdur. Sadəcə, qısa şərh vermək kifayətdir ki, müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin proqramlarında sinfin idarə olunması ilə bağlı məzmun olmayıb. Səmərəli müəllim-şagird münasibətlərinin qurulması ilə bağlı uzunmüddətli praktik məzmun təşkil edilməyib. Müəllimlərin peşəkar inkişaf proqramı da hələlik sovet qalığıdır. Müəllimin bu cür davranışı nəticədir. Səbəblərlə mübarizə aparılmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri