AFFA tərəfindən I Liqada çıxış edən klubların rəsmiləri ilə onlayn görüş keçirilib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
AFFA tərəfindən I Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.
İdman.Biz xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub.
Bu proses mahiyyət etibarilə klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib.
Görüşdə müvafiq struktur bölmələrinin nümayəndələri – Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və tibb məsələləri üzrə baş ekspert Fuad Səfərov iştirak ediblər.
Tədbirdə akademiyaların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, lisenziyalaşdırma prosesinin tələblərinə uyğunluğun artırılması, klublara metodiki dəstək mexanizmləri və tibb məsələləri ilə əlaqəli yeniliklər barədə geniş məlumat verilib. Görüşün sonunda iştirakçı klubların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Dekabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















