Icma.az
close
up
RU
Kamran Əsədovla qaynının işi böyüyür 125 min hara gedib?

Kamran Əsədovla qaynının işi böyüyür 125 min hara gedib?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən proses şahidlərin dindirilməsi ilə başlayıb.

Daha əvvəl məhkəməyə çağırılsa da, iştirak etməyən şahidlər yenidən prosesə dəvət olunublar. Zərərçəkən Ramin Abdullayevin nümayəndəsi məhkəmədən ona dəymiş ziyanın ödənilməsini, həmçinin iş üzrə digər şəxslərin də prosesə çağırılmasını xahiş edib. Hakim vəsatətə növbəti mərhələdə baxılacağını bildirib.

Şahid qismində ifadə verən Şəbnəm Heydərova təqsirləndirilən Gündüz Abbasovu tanıdığını, onun bacısının həyat yoldaşı olduğunu deyib. O bildirib ki, Gündüz Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə əvvəlcədən xəbərdar edib.

Hakim isə şahidin ibtidai istintaqda verdiyi ifadəni xatırladaraq, Gündüz Abbasovun vaxtilə Şəmkirdə fəaliyyət göstərən kursda iki dəfə olduğunu, sonuncu səfəri zamanı isə hüquq-mühafizə orqanlarının əməliyyat keçirdiyini qeyd edib.

Digər şahid Gültac Mehdiyeva məhkəmədə qəbul imtahanları zamanı Gündüz Abbasovun kursunda olmadığını bildirib. Lakin zərərçəkən tərəf onun imtahan günü kursda olduğunu iddia edib.

Dövlət ittihamçısı isə Gültac Mehdiyevanın ibtidai istintaqda fərqli ifadə verdiyini xatırladıb. Bildirilib ki, o, xüsusi texniki vasitələr quraşdırılmış abituriyentlərə kömək etdiyini və onların suallarını cavablandırdığını ifadəsində etiraf edib.

Məhkəmədə ifadə verən digər şahid Xəqani Mehdiyevdən kimya fənni üzrə suallarla bağlı izahat alınıb. Daha sonra onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədə Xəqani Mehdiyevin tanımadığı təxminən dörd abituriyentə texniki vasitələrin köməyi ilə yardım edəcəyini bildirdiyi qeyd olunub.

Prosesdə sonuncu şahid kimi dindirilən Ruslan Çobanovdan hakim 125 min manatın 77 min manatının hansı səbəbdən Gündüz Abbasova verildiyini soruşub. Ruslan Çobanov qalan vəsaitin isə Anar adlı şəxslə öz aralarında bölüşdürüldüyünü etiraf edib.

Sonra zərərçəkən tərəf məhkəmədə ifadə verən müəllimlərin əməllərinə hüquqi qiymət verilməsini və onlar barəsində Elm və Təhsil Nazirliyinə təqdimat göndərilməsini istəyib.

Növbəti məhkəmə prosesi avqustun 13-ü saat 16:00-a təyin edilib.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Avqust 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri