Kamran İmanov: Azərbaycanda ÜDMdə kreativ sənayenin payı artıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın Ümumi Daxili Məhsulda (ÜDM) kreativ sənayenin payı getdikcə artmaqdadır.
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusuna həsr olunan regional seminarda deyib.
Onun sözlərinə görə, son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1%-dən 2024-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə 5,2%-ə çatıb.
"Son illərdə ÜDM-də kreativ sənayenin payı 2%-dən çox artaraq hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. Kreativ iqtisadiyyat bu gün müasir rəqəmli iqtisadiyyata müvafiq cavab və davamıdır".
Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə keçirilən “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusuna həsr olunan regional seminar keçirilir. Seminarda beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















