“Şərəf” ordeni alan Kamran İmanov kimdir? Dosye
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Milli.Az Kamran İmanovun dosyesini təqdim edir:
Kamran İmanov 1946-cı ildə anadan olub. 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini tamamladıqdan sonra, həmin institutda 1977-ci ilədək baş laborant, aspirant, sektor rəhbəri, baş elmi işçi, baş müəllim, elmi laboratoriya müdiri və 1977-1983-cü illərdə Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru vəzifələrində işləyib.
1968-ci ildə Beynəlxalq tələbə müsabiqəsinin qalibi olub. 1983-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru, birinci prorektoru, 1978-1981-ci illərdə Gənclər problemlərinin tədqiqi və modelləşdirmə üzrə mərkəzin rəhbəri, Azərbaycan Gənc alimlər şurasının sədri, 1981-1983-cü illərdə Azərbaycan KP MK-nın İctimai rəyin öyrənilməsi və sosioloji tədqiqatlar mərkəzinin, 1980-1985-ci illərdə isə Azərbaycan Rektorlar şurasının elmi katibi vəzifələrində çalışıb. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, "Təhsil əlaçısı" medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin "Ən yaxşı elmi tədqiqatlara görə" müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin fərmanları ilə təltif edilib
1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test-imtahan sistemi layihəsinin elmi rəhbəri, 1993-1995-ci illərdə isə Komissiyanın sədri olub. 1995-2006-cı illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri olub, 1998-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının "Əqli mülkiyyət hüququ" üzrə ixtisasını bitirərək diplom alıb.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində işləmişdir. İçərişəhərdə maddi-mədəni irsin qorunması, bərpa və rekonstruksiyası, tarixinin öyrənilməsi, həmçinin beynəlxalq mütəxəssislər qrupu ilə birgə İçərişəhərin konservasiyası üzrə Baş Planın (Master-plan) hazırlanması üzrə aparılan işlərə rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli, 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli, 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli, 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 noyabr tarixli, 2985 nömrəli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli, 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















