Kanada 2027 ci ildə Avroviziya mahnı müsabiqəsində debüt edəcək
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Kanada 2027-ci ildə ilk dəfə olaraq populyar "Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək. Şimali Amerika ölkəsi 2015-ci ildə layihəyə qoşulan Avstraliyadan sonra müsabiqəyə daxil olan ilk yeni dövlət olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın BBC teleradio şirkəti yayıb.
Kanadanın müsabiqəyə yolu ötən həftə ölkənin "CBC/Radio-Canada" ictimai yayım korporasiyasının Avropa Yayım İttifaqına (EBU) tamhüquqlu üzv qəbul edilməsindən sonra açılıb. "Avroviziya" qaydalarına əsasən, festivalda yalnız EBU-ya daxil olan ölkələr iştirak edə bilər. Bu vaxta qədər isə Kanadanın yayımçısı ittifaqda yalnız assosiasiyalı üzv statusuna malik idi.
EBU-nun baş direktoru Noel Kurran hadisəni şərh edərək bildirib: "Kanadanın səsi bizim birliyimizi daha da gücləndirəcək".
Kanadanın "Avroviziya"dakı qeyri-rəsmi qələbəsi
Müsabiqə tarixində Kanada təmsilçisi hələ səhnəyə çıxmasa da, ölkənin aktivində artıq bir qalibiyyət var. Dünyaca məşhur Kvebek əsilli kanadalı müğənni Selin Dion 1988-ci ildə İsveçrəni təmsil edərək "Ne Partez Pas Sans Moi" mahnısı ilə müsabiqənin baş kubokunu qazanıb.
Daha sonra müsabiqədə digər kanadalı ifaçılar da fərqli ölkələrin bayraqları altında çıxış ediblər:
Nataşa Sen-Pyer (Nyu-Bransvik regionundan) — 2001-ci ildə Fransanı təmsil edib.
La Zarra (Monreal mənşəli) — 2023-cü ildə Fransanın adından səhnəyə çıxıb.
Təşkilatçıların bəyanatına görə, Kanada ilk dəfə gələn il Bolqarıstanda keçiriləcək yarımfinal mərhələsində debüt edəcək. "CBC/Radio-Canada" milli seçimlərin necə aparılacağı barədə təfərrüatları bu ilin sonunda açıqlayacağına söz verib.
Boykot edən ölkələr geri qayıdacaq?
Kanadanın qoşulması ərəfəsində müsabiqədə ciddi siyasi böhran da yaşanır. Belə ki, İsrailin müsabiqədə iştirakına etiraz olaraq İrlandiya, İspaniya, Niderland, İslandiya və Sloveniya kimi daimi iştirakçılar 2026-cı il şousunu boykot ediblər. Bu ölkələrin gələn il Sofiyada baş tutacaq yarışmaya qayıdıb-qayıtmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.
Xatırladaq ki, 2026-cı ildə keçirilən müsabiqənin qalibi "Bangaranga" mahnısı ilə Bolqarıstanın pop ulduzu Dara (Darina Yotova) olub. Məhz onun qələbəsi sayəsində "Avroviziya-2027" paytaxt Sofiyada təşkil olunacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 02 İyul 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















