Icma.az
close
up
RU
Kanada Avropanı niyə silahlandırır?

Kanada Avropanı niyə silahlandırır?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kanada Avropanın silahlanmasında iştirak etmək niyyətindədir. Qərb KİV-lərinin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Kanada Avropa İttifaqı və ittifaqın üzv ölkələri ilə hərbi-təhlükəsizlik sahəsində iki və çoxtərəfli əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır. M.Karni qeyd edib ki, Kanada qlobal tərəfdaşları ilə təhlükəsizliyi daha da gücləndirir, o cümlədən transatlantik məkanının sabitliyini və təhlükəsizliyini tam şəkildə təmin etmək üçün Avropanın silahlanması ilə bağlı planlar irəli sürüb. Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsinə Ukraynaya hərbi yardımın davam etdirilməsi də daxildir. Baş nazir Kanadanın Rusiyanın küncə sıxışdırılması üçün səylərini sona qədər davam etdirəcəyini də jurnalistlərin diqqətinə çatdırıb.

Ottava nə etməyə çalışır?

Qeyd edək ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra transatlantik məkanda ciddi durğunluq yaşanır. Belə ki, Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə biganə münasibət sərgiləməsi, öz müttəfiqlərinin məhsullarına yüksək faizli gömrük rüsumları tətbiq etməsi, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması və Qrenlandiyanı ABŞ-a ilhaq etməyi planlaşdırması Kanada, Avropa İttifaqı və Avropanın aparıcı ölkələri tərəfindən nəinki birmənalı qarşılanmır, hətta onları qəzəbləndirib.  Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, onun hakimiyyəti dövründə ABŞ Avropanın müdafiəsinə və hərbi-təhlükəsizliyinin təminatına əvvəlki münasibəti sərgiləməyəcək - o, bu səbəbdən Avropa ölkələrini təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərini artırmağa çağırıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Münhen Təhlükəsizlik konfransındakı çıxışında ABŞ-ın yeni xarici siyasət strategiyasını bir daha Avropa ölkələrinin liderlərinin nəzərinə çatdırmışdı.

Sözsüz ki, Trampın mövqeyi Avropanı təşvişə salıb. Və bu, Kanadaya müəyyən mənada stimul verə bilər. Bəzi ekspertlər Kanadanın Avropa ölkələrini silahlandırmaq siyasətinin müəyyən məqsədlərə söykəndiyini hesab edirlər. Ekspertlər belə qənaətə gəliblər ki, Kanada Avropanın hərbi-müdafiə və hərbi-təhlükəsizliyinin təminatında ABŞ-ı əvəzləmək niyyətindədir. Onların iddialarına görə, Kanada Avropada öz hərbi mövqeyini möhkəmləndirmək üçün münasib imkanlar axtarır, yəni ABŞ-a alternativ olmaq istəyir. Xatırladaq ki, Mark Karni ölkənin baş naziri seçildikdən sonra çıxışlarının birində qeyd edib ki, əgər ABŞ Şimali Atlantika məkanında lider olmaq istəmirsə, Kanada bu rolu öz üzərinə götürməyə hazırdır. Eyni zamanda, iddia olunur ki, Avropa ölkələri özlərini gələcək təhlükələrdən qorumaq üçün Kanadaya üz tuta bilərlər. O ki qaldı ABŞ-ın Kanadanın bu hədəfinə nail olmasına imkan verib-verməyəcəyinə, ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəzi ekspertlər ABŞ-ın buna imkan verəcəyini, bəziləri isə qeyri-mümkün olduğunu qeyd edirlər.

Trampın siyasəti Kanada və Aİ-ni bir-birinə yaxınlaşdırır

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Kanadanı Avropanı silahlandırmağa təşviq edən əsas Avropa ölkəsi məhz Fransadır: “Trampın Kanada ilə bağlı söylədiyi fikirlər ABŞ-Kanada münasibətlərində böyük ziddiyyətlərə yol açıb. Bu, Kanada daxilində ciddi siyasi böhrana səbəb olub. Tramp Avropalı müttəfiqlərinə də xoş münasibət sərgiləmir. O, Avropa ölkələrinin liderlərini açıq şəkildə tənqid edir. Bildiyimiz kimi, istər Soyuq müharibə dövründə, istərsə də son otuz ildə ABŞ, Kanada və Qərbi Avropa ölkələri bir blokun üzvləri olaraq eyni mövqedən çıxış ediblər. Lakin Tramp hakimiyyətə gələndən sonra bu blok daxilində fikir ayrılıqları müşahidə olunur. Trampın gömrük siyasəti vahid blokda ciddi problemlərin yaranmasına yol açıb. Bu xüsusda, Avropa ölkələri öz təhlükəsizliyini təmin etmək haqqında düşünməyə başlayıblar. Kanada da Avropaya bu işdə yardımçı olmaq istəyir. Xüsusilə, bu məsələdə Fransanın Kanadaya təsir imkanları kifayət qədərdir. Kanadanın Avropanın silahlanma prosesinə cəlb olunmasının arxasında Yelisey sarayı dayana bilər”.

İ.Hüseynov Kanadanın transatlantik məkanda ABŞ-a alternativ olması ilə bağlı səsləndirilən fikirlərlə razı olmayıb. Onun sözlərinə görə, Kanadanın Avropanı qorumaq üçün resursları yetərsizdir: “ABŞ Kanadaya Avropada alternativ güc mərkəzinə çevrilməsinə heç bir zaman imkan verməz. ABŞ öz hərbi-müdafiə, hərbi-təhlükəsizlik, iqtisadi-siyasi və texnoloji imkanları cəhətdən fövqəl bir dövlətdir. Vaşinqton öz qlobal liderliyini heç bir dövlətlə bölüşməz”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri