Icma.az
close
up
RU
Rumıniya Avropanı seçdi

Rumıniya Avropanı seçdi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu, radikal populizm üzərində qələbə oldu

Rumıniyada mayın 18-də keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri Nikuşor Dan rəqibi Corc Simion qalib gəldi. Seçki məntəqələrinin protokollarının 100 faizi hesablandıqdan sonra qərbyönlü namizəd, Buxarest meri Nikuşor Danın qalib gəldiyi rəsmən təsdiqləndi. Cənab Danın qələbəsi “Qoca qitə”də müsbət qarşılandı, çünki anti-Avropa bəyanatları ilə tanınan Corc Simionun qələbəsi Qərb üçün arzuolunmaz hesab olunurdu.

Xatırladaq ki, mayın 4-də keçirilən birinci turda cənab Simion 40,96 faiz toplayaraq rəqibini xeyli qabaqlamışdı. Nikuşor Dan isə 20,99 faiz səs toplamışdı. Ancaq ikinci turda paytaxt meri rəqibini 10 faiz səsçoxluğu ilə üstələyərək president seçildi. Nikuşor Dana dəstək səviyyəsinin artması ikinci tura keçməyən namizədlərin elektoratının onun tərəfinə keçməsi ilə izah olunur. Söhbət ilk növbədə Buxarest merinə bir faizdən də az fərqlə uduzan hakim koalisiyanın vahid namizədi Krin Antoneskunun tərəfdarlarından gedir. Məğlubiyyətindən sonra Baş nazir Marsel Çiolaku, ardında da hökumət istefa verdi və Milli Liberal Partiya cənab Dana dəstəyini bildirdi. Ona Rumıniyanın Qurtuluşu İttifaqı və Rumıniyadakı Macarların Demokratik İttifaqı qoşuldu. Parlamentdə ən böyük qüvvə olaraq qalan Sosial Demokrat Partiyası isə hər bir namizədə dəstək verməkdən imtina etdi.

“Rumınların Birləşməsi Alyansı” lideri Corc Simion isə kampaniyasını “Öncə Rumıniya” şüarı ilə keçirilən sabiq baş nazir Viktor Pontanın tərəfdarlarının səslərinə arxalanırdı. Bundan əlavə, Corc Simion Rumıniya diasporuna da ümid edirdi, bu da əbəs yerə deyildi, ona görə ki, xaricdə o, ilk turda səslərin 60 faizdən çoxunu toplamışdı. Corc Simionun qələbəsi Brüssel və Kişinyovda narahatlıq yaradırdı. Çünki siyasətçi Ukrayna münaqişəsi ilə bağlı Rumıniyanın neytral mövqeyini müdafiə edirdi, buna görə də, Avropa İttifaqı onun Kiyevə yardıma mütəmadi olaraq qarşı çıxan ölkələr – Macarıstan və Slovakiya ilə yaxınlaşa biləcəyindən narahat idi.

Bundan başqa, Rumıniyanın Ukraynaya silah tədarükünün logistikasında əsas rol oynaması Avropanın narahatlığını artırırdı. Ölkə NATO və Aİ üçün mühüm tranzit mərkəzidir, onun ərazisindən sursat və silahlar keçir. 2024-cü ilin noyabrında Buxarest “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə təhvil vermişdi. Rumıniyada alyansın şərq sərhədlərinin hava patrulunda iştirak edən üç hava bazası fəaliyyət göstərir və Rumıniya Hərbi Hava Qüvvələri ukraynalı pilotlara F-16 qırıcılarını idarə etməyi öyrədir.

Eyni zamanda, Corc Simion uzun müddətdir Kiyevdə, eləcə də Moldova ilə bağlı mövqeyinin xeyli qıcıq doğurduğu Kişineuda persona non-qrata elan edilmişd. Belə ki, 2015-ci ildən onun ölkəyə girişi qadağan olunmuşdu. 2024-cü ildə Ukrayna da analoji qadağa tətbiq etmişdi. On ildən artıqdır ki, Corc Simion ardıcıl olaraq Rumıniya və Moldovanı “süni dövlət” adlandıraraq birləşdirilməsi ideyasını irəli sürür. Belə bir mövqe, əgər namizəd qalib gələrdisə, Moldovanın Avropaya inteqrasiyası prosesini çətinləşdirə bilərdi. Ukraynaya gəlincə, Corc Simion digər məsələlərlə yanaşı, onu “etnik rumınlara zülm etməkdə” günahlandırırdı.

Bundan başqa, “Rumınların Birləşməsi Alyansı”nın lideri ABŞ Prezidenti Donald Trampa və MAGA hərəkatına açıq simpatiya bəsləyir. O, siyasi proqramını Amerika liderinin kursu ilə müqayisə edirdi və Rumıniyanı Vaşinqtonun yaxın müttəfiqinə çevirəcəyini bildirirdi. ABŞ-da onun açıqlamaları müsbət qarşılanırdı.

İndi Avropa rahat nəfəs ala bilər. Seçkilərin qalibi Nikuşor Dan Rumıniyanın Avropayönlü kursunun sabitləşməsinə, Aİ və NATO ilə əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcəyini açıqlayır. Bildirilir ki, cənab Dan əsas diqqətini qanunun aliliyi sahəsində islahatların davam etdirilməsinə və korrupsiya ilə mübarizə siyasətinin gücləndirilməsinə yönəldəcək. Onun seçilməsi Ukrayna və Moldovaya da müsbət siqnal oldu: Dan dövründə Rumıniyanın Kiyevə yardım daşıyan tranzit qovşağı statusunu saxlayacağı və hər iki ölkənin ərazi bütövlüyünü şübhə altına almadan Kişineunun Avropaya inteqrasiyasını dəstəkləməyə davam edəcəyi gözlənilir.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri