Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 iyun, AZƏRTAC
Kanada milli futbol komandası evdə keçirilən dünya çempionatının ilk oyununda Bosniya və Herseqovina yığması ilə heç-heçə edib.
AZƏRTAC xəbər verir ki, Toronto şəhərində keçirilən B qrupunun görüşü 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 21-ci dəqiqədə Bosniya və Herseqovina millisinin futbolçusu Yovo Lukiç açıb. Kanada yığmasının bərabərlik qolunu isə 78-ci dəqiqədə Kayl Larin vurub.
Bu nəticə Kanada millisi üçün tarixi əhəmiyyət daşıyır. Komanda dünya çempionatları tarixində ilk dəfə xal qazanıb. Onlar bundan əvvəl mundiallarda keçirdikləri altı oyunun hamısında məğlub olmuşdular.
Komanda daha əvvəl 1986 və 2022-ci illərdə keçirilən turnirlərdə iştirak edib.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Müxbir – Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 İyun 2026 02:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















