Kanadalı aşpaz intihar üçün kimyəvi maddələr satırmış − 100 dən çox insan ölüb
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kanadalı Kennet Lou intihar üçün istifadə edilən kimyəvi maddələri internetdə satmaqda günahını etiraf edib.
Yeniavaz.com “CBS New”sə istinadən xəbər verir ki, Lou bu etirafı Ontario ştatının Nyumarket şəhərində keçirilən məhkəmə iclasında edib.
Lou kimyəvi maddələr qəbul edərək intihar edən 14 yeniyetməni öldürməkdə ittiham olunurdu. İntihara təhrik etməkdə və ya kömək etməkdə günahını etiraf etdikdən sonra qətl ittihamları ləğv edilib. Hökmün sentyabr ayına təyin edilməsi planlaşdırılır.
Müstəntiqlərin sözlərinə görə, keçmiş aşpaz Lou ətin qorunması üçün istifadə edilən kimyəvi maddəni internetdə reklam edib və satıb. Onlar böyük dozada qəbul edildikdə ölümcül olur.
Hüquq-mühafizə orqanları hesab edir ki, Lou ondan kimyəvi maddələr alan dünya üzrə 100-dən çox insanın intiharında iştirak edib. O, 2023-cü ilin may ayından bəri həbsdədir.
Louun kimyəvi maddələri Birləşmiş Krallıqdakı insanlara satdığı güman edilir. Britaniya hüquq-mühafizə orqanları Kanada ədliyyə sisteminə güvəndiklərini bildirərək ittiham irəli sürməmək qərarına gəliblər.
Kanada qanunlarına görə, intihara təhrik etmək və ya kömək etmək ittihamı 14 ilə qədər həbs cəzası nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:Kanadalı alimlər uşaq çarpayılarında zəhər yayan maddələr aşkarladılar
15 Aprel 2025 17:36
İstanbul nəhəngləri kanadalı hücumçu üçün mübarizə aparır
02 May 2026 13:44
Konqoda qayığın batması nəticəsində 100 dən çox insan ölüb
13 Sentyabr 2025 11:04
Çempionşipdə “kanadalı fırtına”
12 Sentyabr 2026 08:46
BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır
15 Sentyabr 2026 12:23
Baxış sayı:146
Bu xəbər 30 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















