“Kanadalı nümayəndənin təyinatı iranlı vasitəçi nümunəsinə bənzəyir”
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“NATO-nun Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsinin bölgəyə səfəri, əlbəttə ki, müsbət hadisədir“.
Gununsesi.info bildirir ki, bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov qeyd edib:
“Lakin burada diqqət çəkən bir məqam da var.
Qeyd edək ki, cənab Hamiltonun bu bölgəyə ilk səfəri deyil. O, əvvəllər Kanadanın Türkiyə və Azərbaycan üzrə səfiri vəzifəsində çalışıb və iqamətgahı Ankarada yerləşib. Kanadanın Azərbaycanda ayrıca səfirliyi yoxdur.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, NATO bölgə üzrə xüsusi nümayəndə vəzifəsinə məhz kanadalı diplomatı təyin edib. Kanada Fransa ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Bakının haqlı narahatlıqlarına səbəb olan mövqe nümayiş etdirən ölkələrdən biri hesab olunur.
Bu baxımdan, kanadalı diplomatın NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilməsi, müəyyən mənada, Rusiya-Ukrayna münaqişəsi üzrə beynəlxalq vasitəçi və ya xüsusi nümayəndə vəzifəsinə, məsələn, iranlı diplomatın gətirilməsinə bənzədilə bilər”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 İyun 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















