“Kanadalılarla iş çox çətindir” Tramp Kanada məhsullarına böyük rüsumlar tətbiq edəcək
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ yaxın vaxtlarda Kanadadan idxal olunan bir neçə mala cavab rüsumları tətbiq etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Kanadalılarla iş çox çətindir. Ottavanın ABŞ-nin süd məhsullarına tarifi 250% təşkil edir. Onlar bizə Kanadaya ağac və ya süd məhsulları göndərməyə imkan verməyəcəklər", - o bildirib.
"Bu, artıq baş verməyəcək. Onlar məhsullarının ABŞ-a göndərilməsinə görə eyni tariflə üzləşəcəklər. Biz bunu bu gün edə bilərik. Ya da bazar ertəsinə və ya çərşənbə axşamına qədər gözləyə bilərik. Lakin biz eyni şeyi edəcəyik: eyni tarifi tətbiq edəcəyik", - Tramp vurğulayıb.
Daha əvvəl Tramp qeyd edib ki, ABŞ bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Mart 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















