Kanal 13ün rəhbəri hakim qarşısına çıxarılır
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə ibtidai istintaq yekunlaşıb.
Globalinfo.az modern.az-a istinadən bildirir ki, toplanan materiallar araşdırılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Cari ilin sentyabrında isə Əziz Orucovun həbs müddəti 3 ay uzadılıb.
Baxış sayı:75
Bu xəbər 10 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















